Süd vəzinin rekonstruksiyası

  • 4 119

Süd vəzinin rekonstruksiyası
Yaralanma və ya əməliyyatlar nəticəsində zədələnmiş bədən bütövlüyünün bərpası.

Psixoloji problemlər
Süd vəzinin cıxarılmasından sonra bəzi psixoloji travmalar yarana bilər. Qadın bu zaman ərzində ətrafda olan və baş verəndən təcrid olunur. İki qat travmalar, fiziki və psixiloji, ailenin dağılmasına, iş itkisinə, əlillik, zərərli vərdişlərin və nevrotik xəstəliklərin əldə olunmasına səbəb ola bilər. 

Fiziki problemlər
Ən çox rast gəlinən hall - süd vəzinin birinin çıxarılmasıdır. Bu zaman onurğaya düşən yükün düz paylanılmaması baş verir, 2-ci dərəcəli osteoartikulyar sistemdə dəyişikliklər, onurğa fromasının pozulması, çiyinlərin düşməsi problemləri yaranır. Belə dəyişikliklərin nəticəsi ürək və ağciyərin fəaliyyətinin pozulmasıdır.
Süd vəzinin rekonstruksiyası tibbi, sosial və psixoloji reabilitasiyanın ayrılmaz və vacib hissəsidir. Psixoloji və funksional pozuntuların aradan qaldırılması üçün effektiv üsuldur.

Gecikmiş süd vəzi rekonstruksiyası
Cox vaxt süd vəzi rekonstruksiyası süd vəzinin çıxarılması ilə birlikdə deyil, müəyyən bir müddət sonra həyata keçirilir. Gecikməyə səbəb nə olursa olsun, təxirə salınmış əməliyyatların keçirilməsində əsas vəzifə itkin vəzin həcminin, forma və kosmetik detallarının maksimal bərpasıdır.
Adətən bu cür əməliyyatlar bir neçə mərhələdə aparılır.

  • Vəzin həcminin və formasının bərpası (qarşı vəzin mümkün tənzimlənməsi ilə);
  • Kiçik detalların bərpası  (nəzərəçarpan yara izlərinin silinməsi və gilə-areolyar hissənin plastik cərrahiyyəsi).
Müasir plastik cərrahiyyənin  imkanları
  • Sinə formasnının və həcminin bərpası
  • Gilə və areol bərpası
  • Simmetriyanın bərpası
  • Normal sinə tərkibinin bərpası
Sinə rekonstruksiyası aşağıdakı üsullarla həyata keçirilə bilər:
  • Öz toxumaları ilə (bel, qarın və arxa nahiyyədən götürülən dəri-əzələ hissələri)
  • Silikon implantları və genişləndiricilər ilə
  • Bu üsulların ikisinin bir arada olması ilə
Fərdi yanaşma – rekonstruksiya üsulunu seçərkən ən başlıca amildir.
Bu faktorları nəzərə almaq lazımdır:
  • Mastektomiyaya səbəb olan xəstəlik xüsusiyyətləri
  • Sinə ölçüsü və bədən növü
  • Donor sahələrində kifayət qədər toxuma mövcudluğu
  • Xəstənin istəkləri
Rekonstruksiyanın məqsədi az miqdarda sonradan yaranan problemlər riski və yara izləri olan gözəl və simmetrik sinə yaratmaqdır. Belə nəticəni həmişə bir əməliyyat ilə təmin etmək mümkün olmur. Xəstə ən yaxşı estetik nəticə əldə etmək üçün digər  müdaxilələrə və düzəliş əməliyyatlarına hazır olmalıdır.
Rekonstruktiv mammoplastikanın üstünlükləri:
  • Peşəkarlıq
İlk növbədə əməliyyatın təhlükəsizliyidir. Xəstəliyə aid lazımi müayinələrdən keçin, xəstəliyin təkrarlanma və ya yarana biləcək problemlər riskinin aradan qaldırmaq üçün. Reabilitasiya dövründə həyata keçirilən əməliyyat növünə görə sizə müşahidə üçün tövsiyələr veriləcəkdir.
  • Təhlükəsizdir
Sinə rekonstruksiyası xərçəngin monitorinqini çətinləşdirmir və şiş xəstəliyinin inkişaf riskini artırmır.
  • Hər növ rekonstruksiyalar
Xəstənin anatomik xüsusiyyətlərinə və istəklərinə əsaslanaraq hər cür forma və ölçülü döşləri yenidən qurmağa imkan verən silikon genişləndiriciləri, implantları, öz toxumalarını, lipofillinq istifadə edərək, bu gün mövcud olan bütün növ əməliyyatları həyata keçiririk. Əməliyyat sinənin forma, ölçüsü və təbii uyğunluqunu bərpa edir.
  • Sağlam sinənin korreksiyası
Əgər siz həmişə gözləl böyük ölçülü və ya sağlam görünüşlü sinə forasıistəmisinizsə, o zaman rekonstruksiya zamanı digər döşün istənilən forma və olşüyə salmaq mümkündür.
  • Profilaktik mastoktemiya
Yaxınlarında və ya az yaşlı qızlardaonkolojı problemlər olduqda, və BRCA-1 ;BRCA-2 genlərində mutasiya baş verdiyi hallarda bir addımlı profilaktik mastektomiya keçirmək olar.
  • Qarın gərmə (tram-yama)
Qarın divarında artıq toxuma olması halında, biz onları sinə yaratmaq üçün istifadə edə bilərik və nəticədə siz düz və sıxılmış qarın əldə edəcəksiz.  İdeal bel quruluşuna sahib olmaq üçün əlavə olaraq yan və bel liposaksiyası keçirilir.
  • Dolğun həyata dönüş
Siz yenidə açıq çimərlik geyimləri istifadə edə biləcəksiz. Güzgüə baxarkən, xəstəliyin xatirələri ilə bağlı stress keçirməyəcəksiz.

PhD. Op. Dr. Rəşad Babayev —
Tibb Elmlər Namizədi

Süd vəz plastikası (mamoplastika) - Süd vəz böyütmə, Süd vəz protezi (məmə protezi), Süd vəz kiçiltmə, Süd vəz dikləşdirmə, Süd vəzin yenidən bərpası-məmə rekonstruksiyası, Ginikomastiyanın ləğvi
Bədən şəkilləndirmə - Liposaksiya, Calf implant.
Sağrı şəkilləndirmə - Popa böyütmə və kiçiltmə
Qarın gərmə - Mini Abdominoplastika, Tam Abdominoplastika, Full Abdominoplastika body plastika
Qarın yırtıqları - Göbək, Qasıq, Bud, əməliyyatdan sonrakı
Üz estetikası- Otoplastika, Blefaroplastika, Xeyloplastika (Dodaq plastikası)

20 illik tərcrübə
Plastik cərrah xidmətlərindən
istifadə edən posientlərin rəyləri

Posient rəyləri

Ödümdə olan ağrılar məni çox narahat edirdi. Bir çox klinikalar və həkimləri gəzdikdən sonra axır ki, Rəşad doktora rast gəldim. Məni çox mehriban qarşıladı, öz yaxını kimi qayğı ilə mənə yanaşdı. Öd kisəmi heç bir kəsiksiz uğurla əməliyyat etdi. Var olsun belə həkimlərimiz.

Zərifə
Evdar xanım

Bu gün axır ki normal üst geyime keçdim və görüntünü sizinlə paylaşmaya bilmerem.her gün sizə dua edirəm bu gözəl el işiniz uçun. Qızıl elleriniz var olsun,Allah elminizə bereket versin.menim kimi kompleksi olan bütün xanımları belə gozelleşdiresiniz insha Allah.

Əminə
İş xanımı

Süd vəzi kiçildməsindən əməliyyat edilmişdim. Çox pis hala salmışdılar məni. Çox həkimlərə müraciət etdim. Hərəsi bir bəhanə edib əməliyyatdan imtina edirdilər. Rəşad doktorun qəbula yazıldıq, bütün suallarıma cavab verdi və əməliyyata razılıq verdim. Bir sözlə, doktor, Çox sağolun, mənə xoşbəxtlimi yenədən qaytardız.

Elvira
Psixoloq

Я результатом довольна очень, все красиво, равномерно и эстетично, и не скажешь, что грудь не своя! И восстановление прошло прекрасно. У меня грудь уже довольно мягкая, сдвигается, равномерная - миллиметр в миллиметр, ещё раз огромное Вам спасибо!

Елена
Менеджер