Blefaroplastika (göz qapağı plastika)

  • 8 678

Blefaroplastika (göz qapağı plastika)
Blefaroplastika – qüsürları aradan qaldırmaq üçün göz qabaqlarına edilən cərrahi müdaxiləyə deyilir. Vizual olaraq göz qapaqlarının vəziyyəti sizə bir neçə yaş artıq və ya daha az yaş verə bilər. Bu əməliyyat, yaşla əlaqədar dəyişikliklər nəticəsində ortaya çıxan göz qapaqlarının əzələlərinin zəifləməsini aradan qaldırılması və bir çox illərdə insanlarda mövcud olan bəzi qüsurların aradan qaldırması üçün nəzərdə tutulmuşdur. Məsələn, gözlərin dərisinin sallanması və göz altı şişkinliklər qüsurlardan hesab edilir. Bu əməliyyat dünyada ən çox yayılmış əməliyyatlardan biridir. Tez müddətdə həyata keçirilən bu əməliyyatın nəticələri əlamətli və uzun ömürlüdür.

Əməliyyatın keçirilməsi üçün göstəricilər:

  • Göz altı şişkinliklər
  • Yuxarı göz qapağının sallanması. Gözəl görünüş vermədiyi kimi də, üstılik görmə prossesində naratlıqlara səbəb olur.
  • Ümumi göz qapaqları sallanması
Ayrıca, bu əməliyyat bəzi qüsurları olan və ya üzünü daha açıq və gənc hala gətirmək istəyən insanlar üçün göstərilir. Bu əməliyyata hər hansı bir problemi olan yetkinlik yaşna çatmış xəstələr buraxılır.

Əks göstəricilər:
Bütün insanlar blerafoplastika üçün uyğun deyillər. Əsas əks göstəricilərdən biri hər hansı bir göz xəstəliyidir. Məsələn daimi quru göz sindromu və ya qlaukomanın olması zamanı bu əməliyyat mümkün deyildir, çünki bununla vəziyyəti yalnız pisləşməyə aparmaq olar və nəticədə görmə reflektinin itməsinə səbəb ola bilər. 
Bundan başqa, aşağıdakı hallara və ya xəstəliklərə yoluxan şəxslərə cərrahiyyə əməliyyatları aparılmasına icazə verilmir:
  • hər hansı bir mərhələdə ürək-damar xəstəlikləri
  • diabet
  • hipertoniya
  • hipertireoz
  • hər hansı bir orqanın onkoloji xəstəlikləri
  • böyrəklərin və qaraciyərin fəaliyyətində problemlər.
Əks göstəriciləri müəyyən təyin etmək üçün həkim xəstənin kartını araşdırır və bir neçə analiz keçirir. Əks göstəricilər olduğu halda, hətta estetik səbəblərdən bleraforplastika lazım olsada, keçirilməsi mümkün olmayacaq.

Cərrahi müdaxiləyə hazırlıq :
Əməliyyat öncəsi əvvəl maddələr və preparatlardan istifadə etməkdən imtina etməlisiniz:
  • Nikotin. Bu toxumaların bərpasını yavaşlatır və sağalma dövrünü çox uzada bilər
  • Spirtli içkilər. Bədəndən mikroelemetləri və vitaminlri çıxarır, immuniteti zəiflədir.
  • Dərman bitkiləri. Məsələn qan laxtalanması olan təsirlərinə görə qinko biloba və ya jenşen bitkisi.
  • Aspirin və digər iltihaba qarşı dərmanlar, qanaxmaya səbəb ola biləcəklərinə görə.
Bəzi dərmanlar göstərişlərə uyğun olaraq zəruri olduqda və daimi istifadə tələb edirsə, bir analoq dərman ehtimalını müzakirə etmək üçün həkimə müraciət etməlisiniz.
Plastikdən dərhal əvvəl, göz qapaqlarının dərisini qıcıqlandırmamaq üçün kosmetikadan stifadə etməyin, taxma kiprikləri və kosmetik linzaları çıxarın.  Siz xəstəxanaya bəzəksiz və evə dönməyinizə kömək edəcək bir yoldaşla rahat paltarda gəlməlisiniz. Əməliyyatdan dərhal sonra xəstənin gözləri bandajlarla örtüləcək, buna görə hərəkt etməyə kömək edəcək biri mütləq lazımdır. Evdə də əməliyyat sonrası  baxım üçün hazırlıq görmək lazımdır: steril sarğılar, buz küpləri, sponjlar, pambıq disklər.

Aşağı göz qapaqlarının plastikasının gedişatı: 
Göz qapağı korreksiyası üzü daha açıq, təzə və gənc hala gətirə biləcək çətin bir prosedur deyil. Əməliyyat yerli anesteziya altında eyni zamanda yuxarı və aşağı göz qapaqlarını əhatə edərək də həyata keçirilə bilər. Lazım gələrsə ümumi anesteziya istifadə edilə bilər.
Yuxarı göz qapaqlarında düzəlişlər – artıq dərinin çıxarılmasıdır, aşağı göz qapaqlarında düzılişlər isə həm artıq dərinin çıxarılması həm də yağ qatının tənzimlənməsidir. Aşağı göz qapağının blefaroplastikası kirpiklər altında göz qapaqlarının təbii bürüşməsində kəsilməsindən başlayır. Bu sonradan kəsik izi bilinməsin deyə edilir. Cərrah artıq dəri, əzələ və yağ toxumasının bir hissəsini çıxarır. Sonra toxum boşluqları doldurmaq üçün yaıyılır. Nəticədə yağ toxuması göz qatının daha yumşaq və daha təbii edir, üzə sağlam və gənc görünüş verir.

Yuxarı göz qapaqlarının plastikasının gedişatı: 
Artıq dəri ilə yanaşı, göz qapaqlarını daha həcmli və ağır edən yırtığ şişkinliklərdə çıxarılır. Ağırlıq göz qapağının sallanmasına səbəb olur və göz üzərində bir təzyiq hissi verir. Əməliyyat zamanı kəsik təbii bir qatda həyata keçirilir və sağalma zamanı praktiki olaraq hiss olunmur. Əməliyyatdan sonra kəsiklər xüsusi kosmetik iplərlə səliqəli, gözə dəyməz tikişlə örtülür. Peşəkar həkim tikişləri elə edirki əməliyyatdan dərhal sonra belə çox fərq hiss olunmur. Əməliyyatdan 3 gün sonra tikişlər çıxarılır.

Alerqik konyuktivit blefaroplastikası
Bu cür əməliyyat, dərisi elastik olan insanların göz qapaqlarından artıq yağ çıxarmaq üçün həyata keçirilir. Kəsik içəri tərəfdən edildiyi üçün nəticədə heç iz qalmır və bilinmir. Əməliyyat zamanı yalnız yağ toxuması çıxarılır. Kişilərdə göz qapağı plastikası qadınlardakından texniki cəhətdən fərqlənir. Kişilər üçün estetik cəhətdən gözəl nəticə, açıq və daha gənc üz görünüşü vacib deyil. Kişilər cərrahiyə yalnız kəskin fizioloji ehtiyac olduğu halda müraciət edirlər. Əgər lazım olduğunan artıq dəri çıxarılarsa baxış bir gədər təəcüblü olınacaq. Bundan əlavə, qalan yara izini kamuflyaj etmək üçün kiçik bir qat lazımdır. Qadın zəruri olduqda yara izini gizlətmək üçün kosmetik məhsullara müraciət edə bilər.

Asiya tipli gözlərdə blefaroplastika 
Asiya tipli gözlər az dərinlikləri və dar göz ucları ilə fəqlənirlər. Bir çox qadın daha ifadəli və böyük gözlər arzuladıqları üçün əməliyyatlara üz tuturlar. Bu zaman bütün kəsiyə müdaxilə edilir, epkantus çıxarılır və göz ucu eni artır, üst qapağın qatı artır.

Əməliyyat xərcləri
Klinikalarda əməliyyat hərtərəfli həyata keçirilir və şəxs lazımlı materiallar və manipulyasiyalar üçün ödəniş edir.
Standart əməliyyatın dəyərinə aşağıdakılar daxildir:
  • Həkimlərin konsultasiyası: cərrah və anestezioloq
  • Cərrahi müdaxilə
  • Anesteziya
  • Klinikada qalmaq
  • Sarğılar, tikişlərin qoyulması və çıxarılması
  • Dermanlar və sarğı materiallar
Həkim xəstəyə davamlı nəzarət edir və zəruri hallarda əlavə prosedurlar təyin edir.

Blefaroplastikanın bizim klinikada üstünlükləri:
  • Peşəkarlıq
Təcrübəli plastik cərrah - 15 illik təcrübə, üz, sinə və əlcəklərdə rekonstruktiv mikrocerrahi əməliyyatlar
  • Hərşey daxil
Hər şey daxildir sitemidir. Qiymətə daxildir: cərrah və anesteziolog konsultasiyaları, əməliyyat, anesteziya; xəstəxana; sarğı və tikişlərin sökülməsi; bütün dərman vasitələri və istehlak malları, implantlar, sıxılma çorabı.
  • Təhlükəsizlik
Təcrübəli anesteziologlar və əməliyyat reallaşması zamanı və sonrasında xəstənin vəziyyətini izləmək üçün təchiz edilmiş intensiv terapiya.
  • Həkim nəzarəti
Bütün reabilitasiya dövründə xəstə məsləhətlər, sarğılar və reabilitasiya üsulları ilə təmin olunacaq.
  • Rahatlıq
Əməliyyatdan sonra maksimum xəstə rahatlığı üçün geniş və yüksək səviyyədə təchiz olunmuş palatalar.

Əməliyyatın dəyərinə nə daxildir?
Əməliyyatın dəyəri "hər şey daxil" sxeminə əsaslanır.
Hər hansı bir blefaroplastika əməliyyatı qiymətinə bunlar daxildir:
  • Cərrah və anestezioloq konsultasiyası
  • Əməliyyat
  • Anesteziya
  • Xəstəxanada qalmaq
  • Sarğılar və tikişlərin çıxarılması
  • Dərmanlar və materiallar.
Bütün reabilitasiya dövründə xəstə pulsuz konsultasiyalar, sarğılar, reabilitasiya prosedurları ilə təmin olunacaq.

Reabilitasiya
Blefaroplastika minimal invaziv bir prosedurdur, amma buna baxmayaraq ağrı hissi yarana bilər. Onlar güclü deyillər, amma bəzi narahatlıqlar yarada bilər. Cərrah ağrıları aradan qaldırmaq üçün əməliyyat sonrası dövrdə qəbul üçün ağrı kəsicilər təyin edir.
Ayrıca, göz qapaqlarının cərrahi plastikasından sonra kiçik ölçüdə şişkinliklər müşahidə edilir. Onları aradan qaldırmaq çün buz kompressləri təyin edilir. 
Şişliklərə görə görmədə zəifləmə yarana bilər. Reabilitasiya dövründə xəstəyə kompüterdə işləməklə və ya kitab oxuyaraq gözlərini gücə salmaq məsləhət görülmür.
Üst göz qapağının plastikasından sonra yara izi göz qatında gizlədilir. Aşağı qapaqda olan düzəlişlər zamanı kəsik bütün kiprik xətti ilə edildiyi üçün praktikiolaraq bilinmir. Konyuktivit blefaroplastikası zamanı kəsik iç tərəfdən olduğu üçün heç bilinmir.
İzlər əməliyyatdan bir ay sonra tam itir. Göyərmələr və şişkinliklər bir neçə gün sonra itir. Əməliyyatın nəticəsi bir aydan sonra qiymətləndirilə bilər.

Günlük reabilitasiya
İlk gündə şişlik və göyərmələr artır. Kompresslər tətbiq etmək və ağrı kəsicilər qəbul etmək lazımdır. Üçüncü günə qədər antiseptik damcıları gözlərə tətbiq etmək lazımdır, onları gücə salmamaq və xüsusi məşğələlər etmək lazımdır. 4-cü gün hematomlar azalır.Həkim tikişləti çıxarır və sağalmanı tezləşdirən plastılr tətbiq edir. 6-cı gün plastrıar çıxarılır. Bir həftə sonra hematomlar yox olur. Son nəticə bir və ya 2 ay sonra tam bilinir. Bu müddət ərzində göz qapaqlarının asimetriyası müşahidə edilə bilər.

Ağırlaşmalar
Hər hansı bir cərrahi prosedur kimi blefaroplastikada da ağırlaşmalar ola bilər. Bir qayda olaraq, əsas səbəb cərrahın qeyri-peşəkar olması və xəstənin orqanizminin gözlənilməz reaksiyasıdır. Bir sıra fəsadları cərrahiyyə yolu ilə və ya dərman vasitəsi ilə aradan qaldırmaq olar.
Ən çox yaranan fəsadlar arasında aşağıdakılar var:
  • Ekopiya və göz qapağının çol tərəfə çıxması. Göz konturları deformasiyaya uğğrayır. Göz sulanır, daimi quruluq hissi yaranır, göz qıcıqlanır. Cərrahiyyə yolu ilə aradan qaldırılır.
  • Dairəvi göz. Deformasiyaya görə göz qırpımı baş verəndə göz tam bağlanmır. Cərrahiyyə yolu ilə aradan qaldırılır.
  • Kelloid kəsik. Kəsik yerində birləşdirici toxumanın şişməsi baş verir və kəsik böyüyür. Xüsusi dərmanların istifadəsi ilə aradan qaldırılır.
Blefaroplastikanın nəticəsi nə dərəcədə uzun müddətlidir?
Çox hallarda göz qapağı plastikasının nəticələrə çox illər dəyişməz qalır. Bəzi xəstələr üçün əməliyyatın təsiri daimi olur. Bütün bunlar insan dərisinin vəziyyətindən asılıdır. BU əməliyyat zamanı artıq yağlar göz qapaqlarından çıxarılır, amma yaşlanmanı dayandırmaq mümkün olmadığı üçün, bir dəfə bu prosedura üz tutan şəxslər yenidən müraciyyət edə bilərlər amma yalnız göz dərisi gərməsi üçün.

Əməliyyat sonrası dövrdə xəstəyə tövsiyələr
Əməliyyatdan dərhal sonra xəstəyə istirahət təyin edilir. Yüksək yastıqda yatmaq lazımdır. Su prosedurlarına yalnız əməliyyatda 2 gün sonra icazə verilir. Yara izi yaxşılaşması üçün xüsusi məlhəmlər istifadə olunur. Ayrıca ağrı kəsici və infeksiya yaranmasına qarşı damcılar da istifadə edilir. Reabilitasiya dövründə sağlam bir həyat tərzini qoruyub saxlamaq lazımdır, bədəni həddindən artıq yükləməmək, gözləri  yormamaq lazımdır. Kontakt linza taxan şəxlər bir müddətliyinə eynəkdən istifadə etməlidirlər. Qadınlara dekorativ kosmetika tətbiq etmələri məsləhət görülmür.

PhD. Op. Dr. Rəşad Babayev —
Tibb Elmlər Namizədi

Süd vəz plastikası (mamoplastika) - Süd vəz böyütmə, Süd vəz protezi (məmə protezi), Süd vəz kiçiltmə, Süd vəz dikləşdirmə, Süd vəzin yenidən bərpası-məmə rekonstruksiyası, Ginikomastiyanın ləğvi
Bədən şəkilləndirmə - Liposaksiya, Calf implant.
Sağrı şəkilləndirmə - Popa böyütmə və kiçiltmə
Qarın gərmə - Mini Abdominoplastika, Tam Abdominoplastika, Full Abdominoplastika body plastika
Qarın yırtıqları - Göbək, Qasıq, Bud, əməliyyatdan sonrakı
Üz estetikası- Otoplastika, Blefaroplastika, Xeyloplastika (Dodaq plastikası)

20 illik tərcrübə
Plastik cərrah xidmətlərindən
istifadə edən posientlərin rəyləri

Posient rəyləri

Ödümdə olan ağrılar məni çox narahat edirdi. Bir çox klinikalar və həkimləri gəzdikdən sonra axır ki, Rəşad doktora rast gəldim. Məni çox mehriban qarşıladı, öz yaxını kimi qayğı ilə mənə yanaşdı. Öd kisəmi heç bir kəsiksiz uğurla əməliyyat etdi. Var olsun belə həkimlərimiz.

Zərifə
Evdar xanım

Bu gün axır ki normal üst geyime keçdim və görüntünü sizinlə paylaşmaya bilmerem.her gün sizə dua edirəm bu gözəl el işiniz uçun. Qızıl elleriniz var olsun,Allah elminizə bereket versin.menim kimi kompleksi olan bütün xanımları belə gozelleşdiresiniz insha Allah.

Əminə
İş xanımı

Süd vəzi kiçildməsindən əməliyyat edilmişdim. Çox pis hala salmışdılar məni. Çox həkimlərə müraciət etdim. Hərəsi bir bəhanə edib əməliyyatdan imtina edirdilər. Rəşad doktorun qəbula yazıldıq, bütün suallarıma cavab verdi və əməliyyata razılıq verdim. Bir sözlə, doktor, Çox sağolun, mənə xoşbəxtlimi yenədən qaytardız.

Elvira
Psixoloq

Я результатом довольна очень, все красиво, равномерно и эстетично, и не скажешь, что грудь не своя! И восстановление прошло прекрасно. У меня грудь уже довольно мягкая, сдвигается, равномерная - миллиметр в миллиметр, ещё раз огромное Вам спасибо!

Елена
Менеджер