Blefaroplastika

  • 1 206

Estetik göz qapağı əməliyyatı:
-göz çevrəsindəki artıq, sallanan və ya şişkinlik (torbalanma) əmələ gətirən dəri və göz ətrafı nahiyəyə daha canlı və gənc görüntü verilən əməliyyata deyilir.
Sallanmış, düşük göz qapağı və şişmiş göz altı torbaları insana davamlı olaraq yorqun və üzgünlük ifadəsi verir. Bu yorqun və yaşlı ifadə məhdud nahiyyədə olsa belə bütün üzə sirayət edir. Çünki gözlərimiz üz ifadəmizin harmoniyasını təşkil edən əsas ünsürlərdəndir. Bəzi insanlarda sallanmış göz qapaqları və göz altı torbaları genetiktir və gənç yaşlarda belə özünü biruzə verir. əksər insanlarda yaşlanmaya bağlı inkişaf edən prosesdir. Gənç yaşdaki insanlarda göz qapağı dərisi qısa və gərgindir. Yaşın artması ilə üst göz qapağı dərisi uzanar və sallanaraq ikinci təbəqə əmələ gətirir. Zamanla bu dəri qatlantısı kirpiklərin köklərinə qədər uzanır və bəzən bu xətti aşağı keçib görməyə maneçilik törədir. Belə ciddi sallanmalar göz qapağını və qaşı həddindən artıq qaldıraraq görməyə çalışıldığından insanı gün içində davamlı olaraq yorar, ama insanlar bu prosesin illər içində yavaş-yavaş davam etdiyi üçün fərqinə varmazlar. Alt göz qapağı dərisi də sallanar, qırışar və dəri torbaları əmələ gəlir.İnsanı daha da yaşlı göstərir.
Dəridəki sallanmayla bərabər göz almasının ətrafındakı piy yasdıqları da zamanla önə doğru qabararaq şişkinləşir. Bunun səbəbi piy yasdıqlarını yerində tutan toxumanın yaşa bağlı zəyifləməsi və ya piy toxumasının miqdarının artması ola bilər.
Estetik göz qapağı əməliyyatına 30-40 yaşlar arasındakı pasiyentlərdə daha çox ehtiyac duyulur. Daha irəli yaşlarda isə bütün üzün gənçləşdiriməsi üçün blefaroplastika orta üz gərmə, qaş qaldırma, alın gərmə və total üz gərmə əməliyyatları ilə kombinasiyalı olunur.
Əməliyyat əsasən yerli anesteziya ilə icra olunur.
Əməliyyatdan sonra pasiyentin üz görünüşü 5-7 yaş daha gənc görüntü alır.
Blefaroplastikadan göz qapaqlarında çapıq izi demək olar ki,qalmır.4-5 günə aktiv iş həyatına qayıtmaq mümkündür.

PhD. Op. Dr. Rəşad Babayev —
Tibb Elmlər Namizədi

Süd vəz plastikası (mamoplastika) - Süd vəz böyütmə, Süd vəz protezi (məmə protezi), Süd vəz kiçiltmə, Süd vəz dikləşdirmə, Süd vəzin yenidən bərpası-məmə rekonstruksiyası, Ginikomastiyanın ləğvi
Bədən şəkilləndirmə - Liposaksiya, Calf implant.
Sağrı şəkilləndirmə - Popa böyütmə və kiçiltmə
Qarın gərmə - Mini Abdominoplastika, Tam Abdominoplastika, Full Abdominoplastika body plastika
Qarın yırtıqları - Göbək, Qasıq, Bud, əməliyyatdan sonrakı
Üz estetikası- Otoplastika, Blefaroplastika, Xeyloplastika (Dodaq plastikası)

16 illik tərcrübə
Plastik cərrah xidmətlərindən
istifadə edən posientlərin rəyləri

Posient rəyləri

Ödümdə olan ağrılar məni çox narahat edirdi. Bir çox klinikalar və həkimləri gəzdikdən sonra axır ki, Rəşad doktora rast gəldim. Məni çox mehriban qarşıladı, öz yaxını kimi qayğı ilə mənə yanaşdı. Öd kisəmi heç bir kəsiksiz uğurla əməliyyat etdi. Var olsun belə həkimlərimiz.

Zərifə
Evdar xanım

Bu gün axır ki normal üst geyime keçdim və görüntünü sizinlə paylaşmaya bilmerem.her gün sizə dua edirəm bu gözəl el işiniz uçun. Qızıl elleriniz var olsun,Allah elminizə bereket versin.menim kimi kompleksi olan bütün xanımları belə gozelleşdiresiniz insha Allah.

Əminə
İş xanımı

Süd vəzi kiçildməsindən əməliyyat edilmişdim. Çox pis hala salmışdılar məni. Çox həkimlərə müraciət etdim. Hərəsi bir bəhanə edib əməliyyatdan imtina edirdilər. Rəşad doktorun qəbula yazıldıq, bütün suallarıma cavab verdi və əməliyyata razılıq verdim. Bir sözlə, doktor, Çox sağolun, mənə xoşbəxtlimi yenədən qaytardız.

Elvira
Psixoloq

Я результатом довольна очень, все красиво, равномерно и эстетично, и не скажешь, что грудь не своя! И восстановление прошло прекрасно. У меня грудь уже довольно мягкая, сдвигается, равномерная - миллиметр в миллиметр, ещё раз огромное Вам спасибо!

Елена
Менеджер