Tubulyar sinənin plastik əməliyyatı

  • 112

Tubulyar sinənin plastik cərrahiyyəsi 
Tubulyar sinə - olduqca yayılmış bir haldır. Rəsmi olmayan məlumatlara görə, bir plastik cərrahın 100 xəstəsindən birində belə qüsuru olan bir qadın var. Düzgün olmayanm sinə döşəməsi, genişlənmiş areollar (areol yırtıqlar), dərinin kifayyət gədər elastik olmamağı, areoldan aşağı sinə kəsiyinə gədər olan məsafənin azlığı (konstriktiv aşağı sahə), kiçik həcm və nəticədə formanın qeyri-təbiiliyi. Bütün bunlar sağlamlığa təhlükə yarada bilməz, ancaq psixoloji narahatlıq yaradır, bir qadını məhdudlaşdırır.
Tubulyar sinə problemi bütün yaş qrupları üçün xarakterikdir. Belə bir qüsur anadangəlmə olur və yetkinlik yaşına çatanda yaranır, çox az hallarda iltihablı xəstəliklər vəya döş qəfəsində edilən əməliyyatlar nəticəsində sonradan əldə edilən olur. Çox vaxt həkiə bir döşün tubulyar problemi ilə müraciət edillər. Bu anomaliya məcburi düzəliş tələb etmir, lakin plastik cərrahiyyə imkanları bütün çatışmazlıqları düzəltməyə imkan verir.

Tubulyar sinənin yaranma səbəbləri :
Süd vəzlərinin və qadın sinəsinin yanlış inkişafının xüsusi səbəbi bu günə qədər tam araşdırılmayıb. Lakin tədqiqatlar onu göstərir ki irsi amil həlledici bir rol oynayır, genetik olaraq bu mutasiya çox hallarda miras qalır. 
Fizioloji olaraq belə süd vəzi formasının səbəbi birləşdirici toxuanın düzgün formalaşmamasıdır. Süd vəzinin ucunda olan sıx birləşmə kütləsi ona düzgün saxlam görünüş almaqa imkan vermir. Böyümək üçün yer az olduğundan süd vəzi yan hissələrə tərəf böyüməyə başlayır və bəzi hallarda bu areolar qrijalar ilə nəticələnir.

Tubulyarlığın dərəcələri:
Tubulyarlığın müxtəlif xüsusiyyətlərinə görə müxtəlif təsnifat növləri var, lakin gündəlik heyatda 3 daha çox seçilən növü var. Onlar simptomların dərəcəsi ilə fərqlənirlər, fizioloji baxımdan assimetriyanın dərəcəsi və çatışmayan sağlam toxumanın dərəcəsi ilə fərqlənirlər.
Birinci tip süd vəzinin orta dərəcədə uzanması ilə və gilənin enməsi ilə seçilir. Deformasiya bu halda çox deyil və azacıq sinənin dikləşdirilməsi mümkündür. Bu halda nadir hallarda korreksiyaya müraciət edilir.
Tubulyarlığın ikinci növü daha nəzərəçarpandır: həcmin azlığı və iki süd vəzi arasında olan kəskin böyük məsafə. The areol uzanır, yanlış formaya düşür, areoldan  giləyə qədər məsafə nadir hallarda 5 sm-dən çox olur.
Üçüncü tip tubulyarlığ ən çox psixoloji komplekslərə səbəb olduğundan, daha çox düzəlişlərə məruz qalır. Bu sinə demək olar ki, tamamilə həcmdən məhrumdur və silindr və ya boru şəklində güclü şəkildə uzanır (deformasiyanın adının mənşəi də burdan götürülüb), forması ilə papağı böyük həcmli kəskin yırtığlı areol olan göbələyə bənzəyir. 
Müvafiq dərəcədə müvəffəqiyyət dərəcəsi olan cərrahi düzəliş hər hansı bir tubulyarlıq dərəcəsində mümkündür, amma cərrah prosedurları düzgün aparılmasını seçməsi lazımdır ki, bu da mənfi cəhətləri tamamilə aradan qaldırsın. 

Tubulyar sinənin plastik cərrəhiyyəsinin üstünlükləri :

  • Peşəkarlıq
Təcrübəli plastik cərrah - 15 illik təcrübə, üz, sinə və əlcəklərdə rekonstruktiv mikrocerrahi əməliyyatlar.
  • Təhlükəsizlik
Təcrübəli anesteziologlar və əməliyyat reallaşması zamanı və sonrasında xəstənin vəziyyətini izləmək üçün təchiz edilmiş intensiv terapiya.
  • Rahatlıq
Əməliyyatdan sonra maksimum xəstə rahatlığı üçün geniş və yüksək səviyyədə təchiz olunmuş palatalar
  • Hərşey daxil
Hər şey daxildir sitemidir. Qiymətə daxildir: cərrah və anesteziolog konsultasiyaları, əməliyyat, anesteziya; xəstəxana; sarğı və tikişlərin sökülməsi; bütün dərman vasitələri və istehlak malları, implantlar, sıxılma çorabı.
  • Həkim nəzarəti
Bütün reabilitasiya dövründə xəstə məsləhətlər, sarğılar və reabilitasiya üsulları ilə təmin olunacaq.

Düzəlişin növləri 
Plastik cərrahiyyənin səyləri sayəsində bu gün tubulyarlığın düzəldilməsi demək olar ki, tamamilə mümkündür. Xəstə minimum müddətdə düzgün formada və istənilən həcmdə sinə əldə edir, və həttda kəskin assimetriya və ptozuda bu arada düzəltmək olur. Nəticədə istənilən hündürlük yaranır, simmetriya, sinə elastik konturlar əldə edir, düzgün sinə qatı əmələ gəlir, hansı ki gözəl qadın forması üçün mühüm rol oynayır.
Qüsurları aradan qaldırmaq üçün mütəxəssislər aşağıdakı əsas üsullara müraciət edirlər:
  • Sinə gərmə
  • Sinə uclarının genişləndirilməsi
  • Sinə böyütmə
  • Düzgün formada sinə qatının formalaşdırılması
  • Assimetriyanın düzəldilməsi
  • Areaol və gilə düzəlişləri
Bu texnikaların hamısı birlikdə nadir hallarda, ağır üçüncü tip tubulyarlıq olduğu halda istifadə edirlər. Müəyyən qüsurların olub və ya olmamasında asılı olaraq mütəxəssis  mütləq əməliyyatın, lazımsız zədə və əsassız risklər istisna edərək fərdi planını hazırlayır. Eyni zamanda tubulyarlığın düzəldilməsi sinə böyütmə və dikləşdirmə əməliyyatı ilədə birləşdirilə bilər.

Effektiv düzəliş metodları
Hər bir tubulyar sinə problemi individualdır, buna görə də həkim baxış keçirdikdən sonra, xəstənin istəklərini və fizioloji xüsüsyyətlərini nəzərə alaraq, təyinat məqsədlərini seçir. Mütəxəssis həmçinin bu cərrahi müdaxilə vəziyyətində əsas olan üsulu müəyyənləşdirir. Məhz bu yolla minimal travma ilə ən yaxşı nəticə əldə edə bilərsiniz.
 Birinci üsul - areolların mastopeksiyası və areol yırtığı plastikası ilə birlikdə implantların quraşdırılmasıyla həyata keçirilir. Bu əməliyyatda, areol və sinə qatı arasındakı məsafə artır, düzgün sinə alt qatı yaranır, implantlar isə hissə-hissə sinə əzələsinin altına yerləşdirilir və bununla boşluqları doldurub düzgün sinə soramsı yaradılır. Bu üsul, açıq ptozdan əziyyət çəkənlər üçün düzgün seçimdir. Nəticədə, demək olar ki, hər hansı bir ölçüdə gözəl sinə əldə edə bilərsiniz. Deformasiyanın dərəcəsindən və tipindən asılı olaraq, dəyirmi və ya anatomik implantlar seçilir. Kəsiyin areol ətrafı olması sağaldıqdan sonra onun demək olar ki bilinməməsinə səbəb olur. Sinə əsası əvvəldən kiçikdirsə, cərrah əlavə üul tətbiq edərək vəzin toxumalarını genişləndirir və yayır. 
Tubulyarlığın effektiv düzəldilməsinin əlavə üsulu lipofillingdir. Faktiki olaraq bu öz yağ toxumalarının bədənin bir hissəsindən digərinə, yəni sinə hissəsinə köçürülməsidir. Köçürüləcək piy toxumaları yan və qarın divarlarından götürülür. Bundan sonra yağ toxuması yuyulur və birbaşa sinə bölgəsinə yerləşdirilir. Bu güclü bir ölçü artımına ehtiyac duymayanlar üçün düzgün bir seçimdir. Eyni zamanda, xarici cismə imtina riskini azaltmaq və yara izlərindən tamamilə can qurtarmaq mümkündür.

PhD. Op. Dr. Rəşad Babayev —
Tibb Elmlər Namizədi

Süd vəz plastikası (mamoplastika) - Süd vəz böyütmə, Süd vəz protezi (məmə protezi), Süd vəz kiçiltmə, Süd vəz dikləşdirmə, Süd vəzin yenidən bərpası-məmə rekonstruksiyası, Ginikomastiyanın ləğvi
Bədən şəkilləndirmə - Liposaksiya, Calf implant.
Sağrı şəkilləndirmə - Popa böyütmə və kiçiltmə
Qarın gərmə - Mini Abdominoplastika, Tam Abdominoplastika, Full Abdominoplastika body plastika
Qarın yırtıqları - Göbək, Qasıq, Bud, əməliyyatdan sonrakı
Üz estetikası- Otoplastika, Blefaroplastika, Xeyloplastika (Dodaq plastikası)

16 illik tərcrübə
Plastik cərrah xidmətlərindən
istifadə edən posientlərin rəyləri

Posient rəyləri

Ödümdə olan ağrılar məni çox narahat edirdi. Bir çox klinikalar və həkimləri gəzdikdən sonra axır ki, Rəşad doktora rast gəldim. Məni çox mehriban qarşıladı, öz yaxını kimi qayğı ilə mənə yanaşdı. Öd kisəmi heç bir kəsiksiz uğurla əməliyyat etdi. Var olsun belə həkimlərimiz.

Zərifə
Evdar xanım

Bu gün axır ki normal üst geyime keçdim və görüntünü sizinlə paylaşmaya bilmerem.her gün sizə dua edirəm bu gözəl el işiniz uçun. Qızıl elleriniz var olsun,Allah elminizə bereket versin.menim kimi kompleksi olan bütün xanımları belə gozelleşdiresiniz insha Allah.

Əminə
İş xanımı

Süd vəzi kiçildməsindən əməliyyat edilmişdim. Çox pis hala salmışdılar məni. Çox həkimlərə müraciət etdim. Hərəsi bir bəhanə edib əməliyyatdan imtina edirdilər. Rəşad doktorun qəbula yazıldıq, bütün suallarıma cavab verdi və əməliyyata razılıq verdim. Bir sözlə, doktor, Çox sağolun, mənə xoşbəxtlimi yenədən qaytardız.

Elvira
Psixoloq

Я результатом довольна очень, все красиво, равномерно и эстетично, и не скажешь, что грудь не своя! И восстановление прошло прекрасно. У меня грудь уже довольно мягкая, сдвигается, равномерная - миллиметр в миллиметр, ещё раз огромное Вам спасибо!

Елена
Менеджер