Məmə toparlama

  • 212

Məmə yığcamlaşdırma
Məmə çəmə və ya mastopeksiya – sinəyə hamiləlik, laktasiya sonrası, zamanın təsirləri, qravitasiya və yalnış həyat tərzi sonrası , əvvəlki formanı vermək üçün cərrahi plastik müdaxilədir. Zamanla hər hansı bir sinə öz möhkəmliyini və elastikliyini itirir. Buna baxmayaraq bu vəziyyətdə bəzi qadınlarda, , büstünün ən azından gəncliyində olan formanın bir hissəsi qorunur. Digər qadınlar dərinin elastikliyini azalması nəticəsində, sallanma olması və gözəlliyin itməsindən əziyyət çəkirlər. Bu problem bir sinə çəkmə əməliyyatı həll edir.

Sinə yığcamlaşdırma ilə sinə kiçiltmənin fərqi nədir?
Müəyyən bir prosedura üstünlük verməzdən əvvəl istədiyiniz nəticənin necə olmasını anlamalısınız. Əgər məqsəd sinənin həcminin azalmasıdırsa o zaman sizə sinə kiçiltmə əməliyyatı lazımdır, hansında ki tək artıq dəri deyil həmdə artıq yağ və süd toxumaları çıxarılır. Əgər məqsəd siluet formasının dəyişilməsi, sinənin kiçilmədən dikləşdirilməsi və daha elastik olasıdırsa o zaman sizə mastopeksiya lazımdır. Kiçilmə zamanı sinə dikləşə bilər, amma yığcamlaşma zamanı həcmi kiçilə bilməz. Buna baxmayaraq hər qadın unikaldır. Bəzi qadınlarda elə bir assimetriya ola bilərki ona həm kiçiltmə həm çəkmə əməliyyatı lazım olar.

Bu əməliyyat kimlərə uyğun gəlir ?

  • Hamiləlik və laktasiya sonrası sinə formasını itirən qadınlar üçün
  • Zamanla sallanan və formasını itirən sinə üçün
  • Kəskin şəkildə çəki itirdikdən sonra
  • Dartılmış dəri və döş giləsi ptozu yaranan qadınlar üçün
Aşağıdakılar döş çəkilməsi prosedurunun nəzərdən keçiriləcəyinə dair ümumi səbəblərdir:
  • Sinə sallanıb, amma ölçüsü normal olan zaman
  • Sinə dərisi möhkəmliyini və elastikliyini itirdiyi zaman
  • Döş gilələri aşağı yönəldikdə
  • Sinə assimetriyası zamanı
  • Areolun böyük diametri
Əgər bu səbəblərdən ən azı birinə sahibsinizsə, sağlam, müsbət auralı və real gözləntiləriniz varsa, onda yüksək ehtimalı ilə döş çəkmə proseduru üçün yaxşı namizədsiniz.

Sinə yığcamlaşdırma əməliyyatının üstünlükləri :
  • Professıonalizm
  • Təhlükəsizlik
  • Komfort
  • Hər çey daxil
  • Tıbbi Dəstək
Döş yığcamlaşdırma üçün hər hansı bir əks göstərici varmı?
Nisbətən daha az əks göstəricilər vardır. Bunlar :
  • Diabet
  • Piylənmə
  • Ürək-damar xəstəlikləri
  • İnfeksion xəstəliklər
Bundan əlavə, əgər yaxın gələcəkdə hamilə qalmaq və ana südü ilə qidalandırma fikriniz vafrsa bu əməliyyatın olması arzu edilməzdir. Süd vəziləri dartılacaq və nəticəni itirəcəksiz. Əməliyyatı doğuşdan və laktasiya döbründən sonra etməniz məsləhətdir. Əks göstəricilər nisbi xarakter daşıyır,ona görə həkimə müraciət etməlisiz.

Bu əməliyyata necə hazırlaşmaq lazımdır?
Həkiminiz istənilən suallara cavab verəcək və əməliyyat zamanı və sonrasında istənməyən vəziyyətlərin qarşısını almaq üçün diqqətlə təqib edəcəyiniz bütün lazımi təlimatları verəcəkdir. Prosedur ərəfəsində, sizə lazım olacaqlar:
  • Əgər siqaret çəkirsinizsə, əməliyyatdan sonra reabilitasiya dövründə siqaretdən imtina etməyə və ya azaldmağa çalışın.
  • Aspirin, Trombo Acc, Kardiomaqnil və digər qanaxma yarada biləcək dərman qəbulunu dayandırmalısız.
  • Əməliyyat sonrası orqanizminizi zülalı bola Na isə az olan qidalar ilə təmin edin.
  • Hər hansı bir aile üzvünüzün sizi əəliyyat sonrası qarşılayıb birmüddət sizə baxmasını xahiş edin.
Əməliyyat neçə həyata keçir ?
Döş çəkmə əməliyyatı ümumi anesteziya və ya damar daxili sedasiya (dərman yuxusu) ilə həyata keçirilir. Əsas məqsəd sinənin dərisinin yığılmasıdır, və bundan əməliyyatın metodikası aslıdır. Kəsmə üsulları sinə kiçiltmə ilə oxşardır:
  • T-tipli kəsik -  böyük ölşüdə dəri sallanması hallarında istifadə olunur. O, gilə areolu perimatri boyunca gedib, sonra şaquli döş qatına enib qat boyunca keçir.
  • Şaquli kəsik və ya "açar deliği" adlanan kəsik növü. O, gilə areolu perimatri boyunca gedib, sonra şaquli döş qatına enir. Bu prta sallanması olan qadınlar üçündür.
  • Areol ətrafı kəsik, perimetri boyunca. Az sallanma müşahidə olunan qadınlar üçündür.
Həm sinə yığcamlaşdırma həmdə impalnt qoydurma mümkündürmü?
Sinə böyütmə və mastopeksiya eyni anda qadınlara əla görünüş bəxş edə bilər. Sinə çəkməsi zamanı yalnız artıq dəri qaldırılmasına baxmayaraq əməliyyatdan sonra döşün ölçüsü əvvəlkindən daha kiçik görünə bilər. Bu vəziyyətdə implantların quraşdırılması yaxşı bir seçim ola bilər. Bundan əlavə, anatomik implantların quraşdırılması özü "sinə liftinqi" yaradır - məmə mövqeyinin səviyyəsi yüksəlirdir və artıq dəri implant üzərində daha düzgün şəkildə paylanılır. Buna görə əməliyyatın həcmini həkiminiz ilə müəyyənləşdirin. Birgə əməliyyatın məqsədi həmdə pasietnin istəyinə görə sinəsinin daha bpyük və dik omasl ola bilər.

Əməliyyat qiymətinə nə daxildir ?
Əməliyyatın dəyəri "Hər şey daxil" sxeminə əsaslanır. Hər hansı bir döş çəkmə əməliyyatının qiymətinə aşağıdakılar daxildir:
  • Cərrah və anestezioloq konsultasiyası
  • İmplantlar (əgər 2 əməliyyat birgə olarsa)
  • Əməliyyat;
  • Anesteziya;
  • Xəstəxanada qalmaq – 24 saat
  • Sarğılar və tikişlərin çıxarılması
  • Bütün dərman vasitələri və istifadə olunan materiallar
  • Kopression trikotaj (iç geyim)
Areabilitasiya dövrü byunca xəstəyə sarğılar və konsultasiyalar keçirilir. Reabilitasiya və deit haqda məlumatlar verilir.

Reabilitasiya dövrü nə gədər çəkir?
Cərrah normal fəaliyyət səviyyəsinə və işə qayıtmaqdan əvvəl bərpa müddətinin nə qədər davam edəcəyi barədə lazımi təlimat verəcəkdir. Əməliyyat sonrası sizə baxacaq birinində konsultasiyadan keçməsi lazım olacaq.
Əməliyyatdan dərhal sonra və anesteziyadan ayılarkən tədricən ağrı hiss edilə bilər, ümumiyyətlə isə vəziyyət normal olacaq. Cərrah sizi necə və hansı ağrıkəsici kömək olacağı haqda məlumat verəcək. Normaya uyğun olaraq, təxminən 2 həftəyə qədər ödem (şişkinlik) davam edəcək.
Bir müddət keçdikdən sonra, yorğunluq, uyuşma və ya məmə həssaslığında bir dəyişiklik, yara ətrafında qaşınma kimi digər yan təsirlər ola bilər. Ancaq bu yan təsirlər bir neçə həftə ərzində yoxa çıxmalıdır.

Kəsik izləri çox bilinəcəklərmi?
Kəsik izləri, kəsik tipinə görə dəyişirlər. Areol ətrafı kəsik zamanı, gələcəkdə izlər çoxda bilinməyəcəklər. Digər kəsik növlərində izlər qalacaq, amma tədricən solğunlaşacaqlar və bilinməz hala gələcəklər.

PhD. Op. Dr. Rəşad Babayev —
Tibb Elmlər Namizədi

Süd vəz plastikası (mamoplastika) - Süd vəz böyütmə, Süd vəz protezi (məmə protezi), Süd vəz kiçiltmə, Süd vəz dikləşdirmə, Süd vəzin yenidən bərpası-məmə rekonstruksiyası, Ginikomastiyanın ləğvi
Bədən şəkilləndirmə - Liposaksiya, Calf implant.
Sağrı şəkilləndirmə - Popa böyütmə və kiçiltmə
Qarın gərmə - Mini Abdominoplastika, Tam Abdominoplastika, Full Abdominoplastika body plastika
Qarın yırtıqları - Göbək, Qasıq, Bud, əməliyyatdan sonrakı
Üz estetikası- Otoplastika, Blefaroplastika, Xeyloplastika (Dodaq plastikası)

16 illik tərcrübə
Plastik cərrah xidmətlərindən
istifadə edən posientlərin rəyləri

Posient rəyləri

Ödümdə olan ağrılar məni çox narahat edirdi. Bir çox klinikalar və həkimləri gəzdikdən sonra axır ki, Rəşad doktora rast gəldim. Məni çox mehriban qarşıladı, öz yaxını kimi qayğı ilə mənə yanaşdı. Öd kisəmi heç bir kəsiksiz uğurla əməliyyat etdi. Var olsun belə həkimlərimiz.

Zərifə
Evdar xanım

Bu gün axır ki normal üst geyime keçdim və görüntünü sizinlə paylaşmaya bilmerem.her gün sizə dua edirəm bu gözəl el işiniz uçun. Qızıl elleriniz var olsun,Allah elminizə bereket versin.menim kimi kompleksi olan bütün xanımları belə gozelleşdiresiniz insha Allah.

Əminə
İş xanımı

Süd vəzi kiçildməsindən əməliyyat edilmişdim. Çox pis hala salmışdılar məni. Çox həkimlərə müraciət etdim. Hərəsi bir bəhanə edib əməliyyatdan imtina edirdilər. Rəşad doktorun qəbula yazıldıq, bütün suallarıma cavab verdi və əməliyyata razılıq verdim. Bir sözlə, doktor, Çox sağolun, mənə xoşbəxtlimi yenədən qaytardız.

Elvira
Psixoloq

Я результатом довольна очень, все красиво, равномерно и эстетично, и не скажешь, что грудь не своя! И восстановление прошло прекрасно. У меня грудь уже довольно мягкая, сдвигается, равномерная - миллиметр в миллиметр, ещё раз огромное Вам спасибо!

Елена
Менеджер