Sinə (Döş) kiçiltmə

  • 184

Reduksiyon mammoplastika (məmə kiçiltmə) – artıq sekretor toxuma, yağ və dərinin çıxarılması əməliyyatıdır. Bu əməliyyat sinənin böyük ölçülərinin qadına psixoloji və fiziki nararatlıq hissi verdiyi halda həyata keçirilir. Məmə kiçiltmə əməliyyatı, bel ağrıları və digər xroniki patologiyaları, artıq ağırlıqdan yaranan onurğa problemlərini birdəfəlik unutmaq imkanı verir.

Reduksiyon mammoplastika nə qədər təhlükəsizdir?
Təcrübəli həkim tərəfindən əməliyyat zamanı baş verən ağırlaşmaların riski minimal və təxminən 2% təşkil edir. Cərrah əməliyyatdan əvvəl mümkün yan təsirlərin siyahısını sizə təqdim edəcəkdir.Əks təsirləri nəzərə aldığınızdan əmin olun, çünki məhz bu informasiyanı önəmsəməməklə gələcəkdə mənfi hallar yarana bilər.

Kimlər məmə kiçiltmə əməliyyatı edə bilərlər?
Qadınlar doğuşdan və ana südü ilə qidalandırdıqdan sonra rduksiyon mammoplastika etmək qərarına gəlirlər. Həmçinin, əməliyyata süd vəzilərinə estrogenin artıq təsiri (onların böyüməsi üçün məsuliyyət daşıyır), genetik meyllilik (ana, nənə və digər yaxın qohumlarınızda böyük büst olduğu halda, böyük ehtimalla sizdədə olcaqdır) səbəb ola bilər. Amma böyük sinə bütün qadınları narahat etmir - nə vaxt əməliyyat olmalıdır?

Reduksiyon mammoplastika üçün göstərişlər:

  • Boyun və bel ağrıları, döş altında dəri qatları qıcıqlanması.
  • Nəfəs almaqda çətinliklər və məmə dəstəkləyicilərinin çiyinlərdəki izləri
  • Onurğa sütünu əyrilikləri
  • İç və üst geyim seçimindəki çətinliklər
  • Xarici görünüşdən narazılıq (psixoloji narahatlıq)
  • Sinənin böyük ölçüsü sayəsində fiziki fəaliyyət baxımından məhdudiyyətlər.
Yəni böyük məmə ölçüləri öz tərəfindən mənfi emosiyalar və ya dözülməz fiziki problemlər verməsə, bununla nəysə etmək lazım deyil. Əməliyyat psixoloji və fizioloji narahatlıq, boynunda və beldə daimi ağrı, onurğa əyriliyi olduğu zaman lazımdır.

Reduksiyon mammoplastika üstünlükləri :
  • Professıonalizm
  • Təhlükəsizlik
  • Komfort
  • Hər şey daxil
  • Tibbi dəstək
Əməliyyat ödənişinə nə daxildir ?
Əməliyyatın dəyəri "Hər şey daxil" sxeminə əsaslanır. Hər hansı bir döş kiçiltmə əməliyyatının qiymətinə aşağıdakılar daxildir:
  • Cərrah və anestezioloq konsultasiyası
  • Əməliyyat;
  • Anesteziya;
  • Xəstəxanada qalmaq
  • Sarğılar və tikişlərin çıxarılması
  • Bütün dərman vasitələri və istifadə olunan materiallar
  • Kopression trikotaj (iç geyim)
Bütün reabilitasiya dövrü boyunca siz, pulsuz konsultasiya, sarğılar, reabilitasiya prosedurları, müttəfiq mütəxəssislərin məsləhətləri ilə əhatə olunacaqsız.

Əməliyyat necə keçir?
Cərrah asimetriyaya səbəb olmamaq üçün mümkün olduqca dəqiq artıq dəri, sekretor toxumalar və yağları çıxarır. Hər şey düzgün olduğu təqdirdə, ölçülər xəstənin istədiyi kimi olacaq. Həmçinin əməliyyat zamanı süd vəzilərinin estetikası bərpa edilir – ptoz çıxarılır, yuvarlaq alt yamac yaranır və yuxarı yamac qalxır.
Reduksiyon mammoplastika əməliyyatının müddəti saat yarımdan 3 saata gədər çəkə bilər və yalnız ümumi anesteziya altında aparılır. Müdaxilənin növü döşün orijinal formasından, artıq dərinin həcmi, çıxarılacaq sekretor toxuma nisbətindən asılıdır. Kəsik müxtəlif yollarla aparılır – kəsiləcək toxumanın həcmi və həkimin tövsiyələri əsasında. Əsasən kəsiklər məmə areolası ətrafı üzü aşağı döş qatına doğru olur (şaquli kəsik)və ya areol ətrafı və ona biləşən dəridə (T –tipli). Əgər kəsiləcək dəri cox deyilsə o zaman poreareal kəsik edilir, yəni areolun və döş giləsinin yarısından kəsik edilir və çıxarılası yağ toxumaları liposaksiya vasitəsi ilə aradan qaldırılır.Sizi nə gözlədiyini başa düşmək üçün məmə kiçiltmə əməliyyatı haqqında bir video izləyə bilərsiniz. Konsultasiya sonrası, həkim sizin vəziyyətinizə uyğun artıq toxuma aradan qaldırılması üçün texnologiya haqqında daha çox məlumat verəcəkdir.

Tam bərpa müddəti nə qədərdir və nəticələr nə vaxt qiymətləndirilə bilər?
Xəstənin ilk iki günündə xüsusi drenaj boruları quraşdırılır (bəzi hallarda bir gün kifayətdir) - onların vasitəsilə qan yığımı çıxarılır. Bir həftə ərzində qadının işdən və ev işindən tam uzaq olması tələb olunur. Bu müddət ərzində tam bərpa mümkün olmasa, 1-2 həftə daha aktiv işə qayıtmaq olmaz. Göyərmələr, şişlik və əməliyyatdan sonra digər təsirlər bir neçə həftə davam edir. Bu narahatlıq və ağrılar da 1-2 həftə ərzində olacaq - bu müdaxilə qarşı normal bir fizioloji reaksiyadır. Vəziyyəti aradan qaldırmaq üçün, həkim sizə şişikliyi götürən və ağrı kəsicilər təyin edə bilər. Reabilitasiya mümkün qədər tez və rahat olması üçün tibbi göstərişlərə ciddi riayət etmənizi məsləhət görürük.
Mammoplastika əməliyyatından 3-4 həftə sonra xüsusi kompressiyon geyim daınması mütləqdir, çünki o yaraların sağalması zamanı sinəni formada saxlayır. Son nəticələr əməliyyatdan 3-4, hətta 6 aydan sonra qiymətləndirilə bilər.

Əməliyyatdan sonra əmizdirmə şansı nə gədərdir?
Mammoplastika sonrası, ana südü ilə yemək imkanları azalmır. Bu fenomenin səbəbi əməliyyat zamanı yalnız dəri üzərində aparıldığını və sekretor toxuması ilə bütün manipulyasiyaların süd kanalları boyunca həyata keçirilir. Yalnız bir aspekt vardır ki, sekretor toxumanın həcmi azaldığına görə, çıxan südün həcmidə azalır. Əməliyyatdan sonra daha çox vaxt keçdikcə süd kanallarının bərpası şansı yüksəlir. Əgər yaxın zamanda hamiləlik planlaşdırırsanız, oncə uşağı dünyaya gətirib sonra mammoplastika etməyiniz düzgün olar. Bətnində uşaq olduğu zaman bədəndə hormonal dəyişikliklər baş verir.

Döş gilələrinin həssaslıqı itə bilərmi?
Bəli, mümkündür, lakin çox vaxt baş vermir və zamanla keçir. Həssaslıq əməliyyat zamanı sinir lifləri arasındakı əlaqələrin pozulmasına görə dəyişir. Nəticədə gilələr ya giper-həssas olurlar yada ki, hissiyat tam itir. Normal hisslərin geri qaytarılma müddəti fərqlidir - bütün bunlar xəstənin bədəninin fərdi xüsusiyyətlərindən asılıdır. Həssaslığı bərpa olunması üçün orta müddət bir aydan bir ilədəkdir. Həssaslıq hissinin tamamilə itməsi çox nadir hallarda olur.

Mammoplastika əməliyyatından sonra yara izləri bilinirmi ? 
Mammoplastikadan sonra döşdə areoldan aşağı şaquli bir iz qalır. Zamanla o solğunlaşır və bilinməz hala düşür. Yaraların daha tez sağalması üçün həkiminizin tövsiyələrini nəzərə alın. Bir qayda olaraq, mammoplastika sonrası qadınlar nəticə ilə çox razıdı qalırlar və buna görə də yara izləri onları narahat etmir. Savadlı bir həkim məməlilərin mümkün qədər təbii görünməyini əsas tutaraq, məməyə istənilən formanı verə bilər.

Sinə kiçiltmə əməliyyatnın necə əks göstəriciləri vardır?
Əməliyyat öcəsi həkim sizi bir sıra müayinələrə yönəldəcək. Əsaslar : QİTS, hepatit, veneroloji xəstəliklər, infeksiyalar, biokimyəvi və ümumi qan analizi, qan laxtanaması və koaquloqrama.Ayrica süd vəzilərinin USM-i, ağ ciyərlərin rentqeni və EKQ ehtiyac olacaq.
Laborator və instrumental tədqiqatların nəticələri həkimə xəstənin sağlamlığı ilə bağlı ən dəqiq nəticələr vermək və mümkün riskləri önləməyə imkan verəcəkdir.
Mammoplastika bu hallarda qadağandır:
  • Ürək damat patologiyaları
  • Onkologiya
  • Qara ciyər, böyrək və digər orqanların xroniki xəstəlikləri
  • Kəskin formada infeksion xəstəliklər
  • Diabet
Bütün göstəricilər nisbi xarakter daşıyır. Konsultasiya üçün qeydiyyatdan keçin – həkim müayinədən və bütün analizlərin cavablarını incələdikdən sonra, əməliyyatın sizə uyğun olub olmadğı haqda sizə məlummat verəcək. Müvafiq riskin dəqiq qiymətləndirilməsi, yan təsirlərin olmaması və müdaxilənin ideal nəticələrinə zəmanətdir.

Sinə kiçiltmə əməliyyatı üçün yaş həddi varmı?
Bu əməliyyat üçün heç bir yaş həddi yoxdur - əməliyyat həm gənc, həm də yetkin yaşda təhlükəsizdir. Bədənində kəskin hormonal sıçrayışlar səbəbiylə yeniyetmələrin bunu etməsi tövsiyə edilmir – sinə böyüməsi dayanana gədər, yəni ən az 18 yaşına qədər gözləmək lazımdır. Səbəb odur ki, süd vəziləri hələtam inkişaf etməyiblər, və bunada görədə müdaxilənin nəticəsiz görsənə bilər. İstisnalar böyük bir büstün bir yeniyetmə qızın fiziki fəaliyyətini azaltması ola bilər - bu halda əməliyyat 18 dək edilə bilər.

Artıq çəki əməliyyat üçün maneə ola bilərmi?
Əslində bu problem deyil, amma kilo verməyi planlaşdırırsanız (və əhəmiyyətli dərəcədə), onda əməliyyatdan əvvəl bunu etmək lazımdır. Sinə ölçüsü onun daxilidıki piy toxumalarından aslıdır. Əgər gələcəkdə siz arıqlasaz, sinədə arıqlayın nəticəni yox edəcək. Buna görədə mammoplastikanı sabit çəkidə olduğunuz zaman etməyiniz yaxşıdır.

Məmə çəkmə (yığcamlaşdırma) . Ən tez-tez verilən suallar siyahısı:
Hər şey olduqca sadə görünür: mastopeksiya və ya məmə çəkmə proseduru məmənin elastikliyi və həcmi itirildiyi zaman edilməlidir. Ancaq ənənəvi olaraq qadınların bu əməliyyatla əlaqədar bir çox sualları yaranır. Bir qayda olaraq bu əməliyyat mammoplastika əməliyyatından fərqli olaraq daha mürəkkəb olduğu üçün ona görə hazırlıq, əməliyyat sonrası bərpa, anesteziya və s. haqqında çoxlu sualların ortaya çıxması olduqca məqbuldur.

Məmə çəkmə (mastopeksiya) keçmədən əvvəl nələri bilmək lazımdır?
Mastopeksiya və sinə kiçiltmə arasında əhəmiyyətli bir fərq, bu əməliyyat zamanı, süd vəzi az miqdarda çıxarılırdığı və ya əksər hallarda heç çixarılmamasıdır. Burada əsas döşə əlavə həcm əlavə etmək deyil, sinənin estetik formasını qaytarmaqdır. Beləliklə, yalnız dəri dartımı baş verir ki, sinə bir neçə il öncəki görünüşünə qayıtsın.
Meme çəkmə əsasən ümumi anesteziya ilə həyata keçirildiyini bilmək lazımdır, çünki xəstənin təsadüfi hərəkətə, cərrahın işinə müdaxilə etməməsi üçün xəstənin tamamilə hərəkətsiz olması vacibdir. Bu əməliyyatı birbaşa damar sedasiyası və ya lokal (yerli) anesteziya ilə keçirmək olar, amma bu hal asient üçün narahatçılığa səbəb ola bilər.

Bərpa prosesi necə olur?
Əməliyyatdan dərhal sonra xəstə iki həftə boyunca demək olar ki, davamlı olaraq geymək məcburiyyətində olan bir dəstəkləyici taxır. Bu, yeni döş növünün şişməsi və formanın itməməsi üçün lazımdır. Əməliyyatdan sonra ilk həftə xəstə demək olar ki, heçnə etməməsi lazım olan bir vaxtdır və heç bir halda sinəni gərginliyə salmamalıdır. Növbəti həftə siz tədricən gündəlik fəaliyyətinizə qayıda bilərsiniz. Xəstə bir ay ərzində tədricən idman fəaliyyətlərinə də qayıda bilər. Eyni zamanda, həkimlər ağır məşqlərdə iştirak etməməyi məsləhət görürlər, yalnız bədənin tonusunu artırmağa yönəldilmiş məşqlərə üstünlük verə bilərsiz.

Bu əməliyyatın uşaq dünyaya gətirdikdən sonra yoxsa əvvəl edilməyi məsləhətdir?
Bu əməliyyata ehtiyac olduğu zaman qadının ən azı bir uşağı olmuş olacaqdır. Və əsas sual, qadının yenidən ana olmaq istəməsidir. Bu halda hər bir həkim hamiləliyi nə zamana planlaşdırdıqnızı mütləq soruşacaqdır. Əgər yaxın 3-5 il ərzində planlaşdırmırsızsa, onda bu əməliyyata rhata qərar verə bilərsiz. Əgər 1-2 il ərzində planlaşdırırsızsa onda biraz gözləməyiniz məsləhətdir. Mastopeksiyanın nəticəsi, süd verdikdə və hamiləlik dövrü tamam itə bilər. Ona görədə uşağınız dünyaya gəldikdən sonra etməyiniz məsləhətdir.

Kimlərə bu əməliyyat məsləhət görülmür?
İlk olaraq, sistemli şəkildə olan xəstəliklərə məruz qalan xəstələr üçün ümumi anesteziya çox riskli olduğuna gprə, məmə çəkmə üçün yaxşı namizəd deyildirlər. Bir qayda olaraq bura əsasən ürək-damat xəstələri aiddirlər. Plastik cərrah hər pasieti fərdi şəkildə yoxlayı, bu əməliyyata uyğun olub olmadığını bildirir. Əsasən, mastopeksiya proseduruna əksgöstəricilər yalnız diabet, böyrək, qaraciyər, ürək xəstəlikləri və s. Ayrıca, istənməyən bir faktor qan durulducu (Varfarin, Aspirin, Trombo Acc) dərmanların və tütün qəbuludur, hansı ki nəticədə yaraların gec sağalmasına və ya hec sağalmamasına səbəb ola bilər.

Tam və dairəvi, “konfet” və aypara tipli məmə çəkmənin arasında nə fərq vardır ?
Bütün bunlar mastopeksiya zamanı aparılan kəsik üsularıdır. Belə ki, dəri sallanması çox az olan xəstələr üçün dairəvi üsul tətbiq olunur. Areol ətrafı dəridə dairəvi bir kəsik olunur, dəri lazım olduğu gədər dartılır və kəsik olan yerlərdən tikilir. Beləliklə sinə dikləşir. Tez-tez bu kəsik üsulunu döş protezlərinin implantasiyası ilə birləşdirirlər. Belə kəsilməni "kökə" də adlandırırlar, çünkiksik forması kökəyə bənzəyir. Aypara tipli üsulda az sallanma zamanı istifadə olunur. Burda areol üstü kəsik olunur, və forması ayparaya bənzəyir. Kəsik izi areol üstündə qalır. Bu, qismən sinir sonlarını və məmədən vəzlərə keçən süd cərəyanlarını qorumaq üçün imkan verən çox incə bir üsuldur və bu üsulda heç bir diqqət çəkici iz qalmır.
“Konfet” tipli üsulda kəsik areol ətrafı başlayıb sonradan döşün aşağ hissəsində şaquli bir xətt ilə sonlandırılır. Bunu orta dərəcəli sallanma zamanı istifadə edirlər. Sinənin tam çəkilməsi zamanı lövbər tipli kəsik edilir. Bu kəsik areol ətrafı başlayıb döş qatına gədər eni və döş qatı boyunca davam edir. Nəticədə olduqca çox miqdarda sallanmış dəri çıxarılır. Son iki üsulun izləri daha cox olur, amma düzgün əməliyyat sonrası qayğı zamanı bu izlər yavash yavash solub, görünməz hala gəlirlər. Bu izlər heç biri alt paltarınının altından görünə bilməzlər.

Nəticə nə qədər sürəcək? 
Demək olar ki hərşey qadının dərisindən, hansı yaşda əməliyyat keirdiyindən və əməliyyat növündən aslıdır. Bəzi qadınlara bir dəfə edilən prosedur 10 və daha çox il ərzində yetərli olur. Kiməsə isə bu zaman ərzində yeni bir prosedur edilməsinə ehtiyac yaranır. Həmçinin hər şey qadının əməliyyat sonrası həyat tərzindən aslıdır.

35 yaş sonrası ən çox üz tutulan cərrahi müdaxilə tələb etməyən plastik əməliyyatlar :
Yaşla bağlı dəyişikliklər gec və ya tez hər kəsə toxunan bir mövzu halına çevrilir. Kimsə 40 yaşa qədər gümrah şəkildə qalır, bəziləri isə 50 yaşa qədər gəncliyini qorumağı bacarır, lakin onların əksəriyyəti zaanın təsirini 35 yaşından hiss etməyə başlayır. İlk olaraq insanlar plastik əməliyyatlara üz tutmadan “zamanı necə dayandırmaq olar” –diə düşünürlər. Aşağıda ən çox üz tutulan cərrahi müdaxilə tələb etməyən plastik əməliyyatlar qeyd olunublar:

Botoks
Cavanlaşmaq üçün prosedurlara əl atan insanların böyük hissəsi botoksu seçir. Botoks inyeksiyaları bədən üçün son dərəcə təhlükəsizdir, çox az yan təsirləri var və əhəmiyyətli bir yaşlanma əleyinə nəticələr verir. Ancaq məhs burda bu dərmanın hiyləsi ortaya çıxır. Botoks inyeksiyalarına istədiyiniz gədər üz tuta bilərsiz, amma nəticədə gümrah və cavan üz dərisi əvəzinə daşlaşmış bir heykəl ala bilərsiniz. Bunun çox istifadəsi məhz bu nəticə ilə sonlana bilər. Bəzi həkilmər hər şeyə real baxmağı məsləhət görürlər, əsasəndə artıq üz gərməyə ehtiyac olduğu halda hec bir prosedur buna kömək olmayacaq.

Hialuron turşusu
Hialuron turşusu - bir doldurucudur və dünyanın bir çox tərəfində geniş insan kütəsi toplayıb, botoksa layiqli rəqib olmuşdur. Bu daha çox dodqlara həcm, üz dərisinə isə əvvəlki elastikliyi qayatrmaq üçün istifadə olunur. Üz və boyuna yenilik və gənclik əlavə edərək qırışları doldurmaq üçün də istifadə olunur. Məsələn zamanla dərisi tez qocalan hisslərdən olan qol və dizlər üçündə istifadə olunur. Bu prosedurla üzünüzdə heykəl effektini almayacaqsız , amma hialuron turşusunun qalıcılıq müddəti botoksa nisbətən daha azdır. O, orta hesabla 4-8 ay, və yeni inovativ üsüllarla 1.5 aya gədər nəticəsini itirməyə bilər.

Kimyavi pilinq
Dərinin üst qatının qırışları və digər qüsurlarla mübarizə aparmaq üçün daha güclü bir müasir vasitədir. Bu, göz altı qara izlər, üz qırışları, piqmentasiya, sızanaq və digər şeylərdən yaranan izlər kimi, yaşlanmağın ilk təzahürlərinə çox güclü təsir göstərə bilər. Kimyəvi pilinq təsir dərəcəsinə görə - səthi, orta və ya dərin ola bilər. Sonuncu yalnız lokal anesteziya altında aparılır, çünki agrılı, çətin və yalnız dərində yerləşən problemlərin həlli üçün aparılan bir əməliyyatdır. Səthi və orta pilinq üzün bütün səthinə istifadə edilə bilər. Bu prosedur cildin əhəmiyyətli dərəcədə cavanlanmasını təmin edir və köhnə təbəqələrin kimyəvi təsirdən yandırıldığı və dərinin effektiv şəkildə "sağalma" effekti verməyə başlaması ilə tam yenilənir - kollagen, elastin, hialuron turşusu daha güclü istehsal olurur və nəticədə üz yeni təbəqə ilə örtülür. Əslində, kimyəvi tpilinq müəyyən bir mənada cərrahi və qeyri-cərrahi üsulların "kəsişməsində" yer tutub. Bunun bəzi əks göstəriciləri vardır, və uzun müddətli əməliyyat sonrası qayğıya ehtiyac duyulur. Lakin, buda bütün problemləri həll etməyə yetmir. Bu prosedur yalnız dərisində yeni yeni yaşlanma izləri yarandığı zamanı effektiv olur. Artıq sallanmış üz dərisi olan insanlara bu prosedur köməklik edə bilməz, yalnız cərrahi üz gərmə mümkün olar.

Skleroterapiya 
Skleroterapiya - bədənin görünüşünü pozan və sahiblərinə bir çox narahatlıq verən ayaqlarda xoşagəlməz damar "toru" və "ulduzların" aradan qaldırılmasına imkan verən ən populyar prosedurlardan biridir. Bu əməliyyat üçün praktiki olaraq heç bir məhdudiyyət yoxdur. Həmçinin bu üsulla yalnız kosmetik problemləri yox, həmdə varikoz genişlənməsi kimi vacib problemləri də həll etmək mümkündür. Bu mini invaziv vir prosedurdur, və invaziv prosedurlardan daha əhəmiyyətlidir, ən azından ona görə ki ,prosedur sonrası heç bir yan təsir yaranmır.



Mikrodermabraziya
Kimyəvi pilinq kimi, bu prosedur da ölü dəri hüceyrələrini çıxarmaq məqsədi daşıyır. Bu daha sadə və yaşlanmanın ilk göstəricilərini aradan qaldırmaq üçün uyğun üsuldur. Yalnız üz üçün deyil, dekolte, bud ətrafı və digər sahələrdə də istifadə edilə bilər. Bu prosedurun mahiyyəti üzvü birləşmə təbiətli mikrokristallarala, duz, almaz, alüminium dioksid mikrokristallar ilə dərinin təmizlənməsidir. Daha təhlükəsiz və anesteziyasız bir prosedurdur. Bir neçə seansa həyata keçirilir. Bu prosedurdan sonra günəçin dəriyə təsiri mənfi ola biləcəyi üçün, həkimlər daha soyuq hava şəraitində aparılmasını məsləhət görürlər. Bu prosedura qarşı hec bir əsk göstərici yoxdur, yalnız dərmanlara qarşı həssaslıq, iltihab prosesi və hiperpiqmentasiya istisna olmaqla.

Fotocavanlaşma 
Kimyəvi pilinqə və mikrodermabraziyaya başqa bir populyar alternativ. 35 yaşdan sonra, cazibədar çillər cəlbediciliylərini itirir və qadınların ən çox xilas olmaq istədiyi sıradan piqment ləkələrinə çevrilirlər. Fotocavanlaşma bununla mübarizə aparır. Bundan əlavə, bu prosedur üzdə və digər hissələrdəki damar torları, dərin olmayan qırışlar və s. İlə mübarizə aparır. Prosedurun mahiyyəti kollagenin istehsalına kömək etmək üçün işıq impulsları ilə dəriyə təsir göstərməkdir. Nəticədə dəri yenilənir, sıxılır və hamarlaşır. Ancaq prosedur bir seansla bitmir. İstədiyiniz nəticəni əldə etmək üçün 3 -10 seans lazım ola bilər.

PhD. Op. Dr. Rəşad Babayev —
Tibb Elmlər Namizədi

Süd vəz plastikası (mamoplastika) - Süd vəz böyütmə, Süd vəz protezi (məmə protezi), Süd vəz kiçiltmə, Süd vəz dikləşdirmə, Süd vəzin yenidən bərpası-məmə rekonstruksiyası, Ginikomastiyanın ləğvi
Bədən şəkilləndirmə - Liposaksiya, Calf implant.
Sağrı şəkilləndirmə - Popa böyütmə və kiçiltmə
Qarın gərmə - Mini Abdominoplastika, Tam Abdominoplastika, Full Abdominoplastika body plastika
Qarın yırtıqları - Göbək, Qasıq, Bud, əməliyyatdan sonrakı
Üz estetikası- Otoplastika, Blefaroplastika, Xeyloplastika (Dodaq plastikası)

16 illik tərcrübə
Plastik cərrah xidmətlərindən
istifadə edən posientlərin rəyləri

Posient rəyləri

Ödümdə olan ağrılar məni çox narahat edirdi. Bir çox klinikalar və həkimləri gəzdikdən sonra axır ki, Rəşad doktora rast gəldim. Məni çox mehriban qarşıladı, öz yaxını kimi qayğı ilə mənə yanaşdı. Öd kisəmi heç bir kəsiksiz uğurla əməliyyat etdi. Var olsun belə həkimlərimiz.

Zərifə
Evdar xanım

Bu gün axır ki normal üst geyime keçdim və görüntünü sizinlə paylaşmaya bilmerem.her gün sizə dua edirəm bu gözəl el işiniz uçun. Qızıl elleriniz var olsun,Allah elminizə bereket versin.menim kimi kompleksi olan bütün xanımları belə gozelleşdiresiniz insha Allah.

Əminə
İş xanımı

Süd vəzi kiçildməsindən əməliyyat edilmişdim. Çox pis hala salmışdılar məni. Çox həkimlərə müraciət etdim. Hərəsi bir bəhanə edib əməliyyatdan imtina edirdilər. Rəşad doktorun qəbula yazıldıq, bütün suallarıma cavab verdi və əməliyyata razılıq verdim. Bir sözlə, doktor, Çox sağolun, mənə xoşbəxtlimi yenədən qaytardız.

Elvira
Psixoloq

Я результатом довольна очень, все красиво, равномерно и эстетично, и не скажешь, что грудь не своя! И восстановление прошло прекрасно. У меня грудь уже довольно мягкая, сдвигается, равномерная - миллиметр в миллиметр, ещё раз огромное Вам спасибо!

Елена
Менеджер