Sinə (Döş) böyütmə

  • 337

Sinə böyütmə.
Sinə böyütmə (augmentas mamoplastika) – düzgün sinə quruluşu əldə etmək məqsədi ilə həyata keçirilən sinə böyütmə əməliyyatıdır. Bu ən çox tətbiq olunan, araşdırılan və asan bir prosedurdur. Onun əsas üstünlüyü, öncədən düzgün proqnozlaşdırılan nəticədir. Əməliyyat estetik səbəblərdən və ya süd vəzi bərpası üçün həyata keçirilir. Qadınların təxminən 85 % -zi sinə böyütmə əməliyyatını estetik məqsədlərə görə istəyirlər:

  • Döş ölçülərində narazılıq
  • Hamiləlik və süd vermə zamanı forma və həcmin itirilməsi
  • Simmetriyanın pozulması
  • Sinə formalarının dəyişilməsi
Əməliyyatın təhlükəsizliyi
Mamoplastika əməliyyatı öz növbəsində təhlükəsiz bir prosedurdur. Fəsadların yaranma riski 2%-dən cox deyil və implantların qadın orqanizminə mənfi təsirləri son onilliklərdə müəyyən edilməyib. Mamoplastika əməliyyatından sora, rahat şəkildə uşağınıza süd verə bilərsiniz, çünki silikon məhsullar laktasiyaya dayandırmır və material südün keyfiyyətinə təsir göstərmir. Buna baxmayaraq, yarana biləcək fəsadlar və risklər ilə əvvəlcədən tanış olmağı sizə məsləhət görürük. Klinikada təcrübəli həkimlər çalışır və siz həmişə nəzarəti altında olursunuz, buna görədə narahat olmağa əsas yoxdur.

Kəsiklər olacaq mı?
Sinə böyütmə əməliyyatı zamanı fərqli kəsiklərdən istifadə olunur – areol ətrafı, qol altı və sinə qatında. Kəsiyin növü konsultasiya zamanı həkim tərəfindən seçilir – anatomik xüsusiyyətlər, xəstənin istəkləri, əməliyyatın növü, implantların ölçüsünü və daha çox nüansları nəzərə almaq lazımdır. Əməliyyat sonrası yara izləri gözə çarpacaq dərəcədə görünür, lakin bir neçə aydan sonra onlar solurlar, daha incə olub və demək olar ki, görünməz hala gəlirlər. Toxumaların bərpasını sürətləndirmək üçün xüsusi məlhəmlər və plastırlar istifadə etmək olar (onların əks göstəriciləri olduğuna görə mütləq həkim ilə məsləhətləşdirmək lazımdır)

Sinə böyütmə əməliyyatının qiyməti nə qədər təşkil edir ?
  • Yumru implantlar ilə sinə böyütmə əməliyyatı
  • Anatomik implantlar ilə sinə böyütmə əməliyyatı
Sinə böyütmə əməliyyatının özəllikləri :
  • Effektivdir
  • Təhlükəsizdir
  • Ağrısızdır
  • Qısa zamanda həyata keçirilir
  • Kəsiksizdir
  • Nəticəni öncədən görmək mümkündür.
Əməliyyata nə daxildir?
  • Cərrah və anestezioloq konsultasiyası
  • İmplantlar
  • Əməliyyat
  • Anesteziya
  • Stasionarda qalmaq (xəstəxanada qalmaq)
  • Sarğılar və tikişlərin dəyişdirilməsi
  • Bütün dərmanlar və istifadə olunan materiallar
  • Kopression trikotaj (iç geyim)
Bütün reabilitasiya dövrü boyunca siz, pulsuz konsultasiya, sarğılar, reabilitasiya prosedurları, müttəfiq mütəxəssislərin məsləhətləri: psixoloq, nutritionist, kosmetoloq və endokrinoloq.
Sinə böyütmə əməliyyatı üçün əks göstəricilər:
Sinə böyütmə əməliyyatı xəstələr tərəfindən fəsadsız aparılır, yarana biləcək fəsadlar yalnız ümumi cərrahi göstəricilər ola bilər. Əsas əks göstəricilər:
  • Kəskin ürək damar xəstəlikləri
  • Qan laxtalanması pozğunluğu
  • Kəskin formada infeksion xəstəliklər
  • Xronik xəstəliklərin şiddətlənməsi
Aybaşı zamanı əməliyyatın keçirilməsi məsləhət görülmür. Bu əks göstəricilərin nisbi olduğunub nəzərinizə çatdırmaq istəyirik, və əməliyyatı həyata keçirilmək nə dərəcədə düzgün olduğunu yalnız konsultasiyadan sonra həkiminiz sizə deyə bilər (hər şey patologiyanın kəskinliyindən, yaş, xəstənin ümumi sağlamlığından və digər faktorlardan aslıdır)

Əməliyyat öncəsi nə etmək lazımdır ?
Əməliyyat öncəsi bir sıra standart analizlərdən keçməlisiz – qan (ümumi və biokimyavi), sifilis, hepatit B və C, qan laxtalanması, QİTS, EKQ, flüoroqrafiya, süd vəzilərinin USM-i.Bütün bu testlər xəstənin təhlükəsizliyi üçün vacibdir. Bu analizləri kompleks şəklində keçməyi məsləhət görürük (daha qənaətli seçim olur)

Bu əməliyyat üçün istifadə olunan implantlar:
Bizim klinikanın həkimləri yalnız təhlükəsiz və keyfiyyətli implantlardan istifadə edirlər.
Mentor implantları iltihab, rədd olunma və alerqik reaksiyaya səbəb olmur. Bu implantların toxumaları zaman keçdikcə birləşdirici toxuma ilə qarışıb, implantın sabitliyini təmin edir (sabitləşmə periodu – bir neçə ay). Saunada olarkən implantlar istidən qızmıllar, avia uçuşlar və suya dalış zamanı tətbiq edərkən ziyan görmürlər. Mentor implantları ömürlük fibroz sktrkturun əmələ gəlməməsinə qarantiya verirlər.
Polytech implantları döşün yumşaq toxumalarının əvəzlənməsi üçün ən yaxşı materiallardan biridir. Bu istehsalçının implantları optimal fiziki xüsusiyyətlərə malikdir və plastik cərrahiyyə tələblərinə tam cavab verir. Bütün məhsullar uyğunluq və keyfiyyəti önəmlidir və hər biri mexaniki dözümlülüyə (sürtünmə xüsusiyyətləri, sürtünmə müqaviməti, uzadılma) görə sınaqdan keçirilməlidir. Məhsulun steril olmasıda mütləq yoxlanılır.
Məhsullar arasında 4 növ implant təqdim olunur : Meme – (mərkəzdə proqnozlaşan və dairəvi bazalı), Replicon – (proqnozlaşma nöqtəsinin maksimum dərəcədə implantın aşağıda yerləşməsi və yumru baza ilə), Optimam (hündür dar baza və oval forma), Opticon (oval forma, hündürlüyü daha az və enli baza)

Əməliyyatdan sonra idmanla məşğul olmaq olarmı ?
Bir çox aktiv həyat sürən və frqli idman növləri ilə məşqul olan pasietlərin b həyat tərzinin dayandırmaqları onlar üçün fəlakətə bərabərdir. Sinə böyütmə əməliyyat digər plastik əməliyyatlar kimi bir müddət kəskin fiziki hərəkətlət etməməyi tələb edir.
Əvvəla, əməliyyatdan öncəki həyat tərzinizdə idmanın nə dərəcədə olduğunu və sonra necə olması haqda olan gözləntilərivizi həkiminizlə müzakirə etməlisiniz. Hər həkim ən azı 6 həftə istirahət etməyi məsləhət görür.

Əməliyyat sonrası ilk həftə:
Yalnız dincəlmək lazımdır. Qeyd etmək lazımdır ki, əməliyyat sonrası maddələr mübadiləsi sürətlənir və fiziki güc tətbiq etmədyiniz halda belə artıq çəki itikisi baş verəcək. Yaranan diskomfort hissi və agrıların azaldılması üçün həkim yüngül formada belə fiziki güc sərf etmədən əzələlərinin dartılmasının məsləhət görəcək. Ümumiyyətlə isə təmiz havada gəzintiyə üstünlük versəz daha düzğün olar. Amma şiddətli diskomfort və agr zamanı gəzinti belə qadağandır.

Əməliyyatın ilk həftəsi:
Bir həftə sonra, bəzi xəstələrdə tədricən bədənin aşağı hissəsinə yönəldilən kiçik yüklə sadə təlimlərə və ya hərəkətlərə başlamağa icazə verilir. Qısa müddətli qaçış aparatında və ya velotranajordan istifadəyə icazə verilə bilər, amma bədənin yuxarı hissəsinə güc tətbiq etmədən. Həmçinin orbitrek-trenajorlar, yük qaldırma və uzun müddətli qaçışdan imtina etmək lazımdır. Ümumiyyətlə yuxarı ətraflar üçün fiziki güc sərf etməkdən imtina etmək lazımdır, çünki əməliyyatdan sonrası yaralar hələ 3 həftə sonra sağalmağa başlayırlar. İdman zamanı ürək ritmi və qan təyziqi artır və buda sinə bölgəsində qanaxmaya səbəb ola bilər. Son olaraq hər şey təcili cərrahi müdaxilə tələb edə bilər.

Əməliyyatdan 2 həftə sonra :
Siz kiçik yük və aşağı müqavimət ilə hərəkətlər edərək yuxarı ətrafların əzələlərini yavaş-yavaş bərpa etməyə başlaya bilərsiniz. Əks halda yaralarda qanaxmadan əlavə, implantların yerdəyişməsinə səbəb ola bilərsiz. Qantel qaldırma və qaçış kimi fiziki fəaliyyətlərdəndə uzaq olmaq lazımdır.

Əməliyyatdan 6 həftə sonra :
Bu gədər zaman keçdikdən sonra ciddi bir qadağalar qalmır, yavaş yavaş öncəki fiziki fəaliyyətlərinizə qayıda bilərsiniz. Məsələn dizüstə durub çəkinə bilərsiniz, yüngül qantellərdən istifadə edə bilərsiz və ya oturacaqda pres hərəkətləri edə bilərsiz. Bu əməliyyatın bir müddət bərpa zamanına ehtiyyacı olduğunu anlamalısız. Altı həftə - orqanizminizin əvvəlki vəziyyətinə gəlməsi üçün minimum zamandır.

Əməliyyatdan dərhal sonra nə etmək olmaz ?
İlk 2 həftə ən çətin və bərpa olunma üçün vacib müddətdir. Bu zaman ərzində ən bəsit fiziki hərəkətlət belə fəsad yarada bilər. Bu müddətdə sinə əzələlərini yormaq olmaz – ağırlıq qaldırmaq, əllərinizə yük salıb ayaq üstə durmaqa çalışmaq, ağır qapılar açmaq və həttdə paltar yuyan maşından paltar çıxarmaq belə olmaz. Bu bəsit görsənən hər bir qadağa pozulduğu anda ən ağır fəsadlarla nəticələnə bilər.

Sinəni ev şəraitində böyütmək olar mı?
Qadın bədəninin ən gözəl hissəsi sinəsidir. Yalnız hər qadın gözəl və dügün formalara malik ola bilmir. Çoxları çatışmazlıqları düzəltmək üçün süni metodlar axtarır və gözəl görünüşə sahib olmaq üçün hər şey etməyə hazırdırlar.
Bəzi qadınlar düzgün formaya sahib olsalarda, plastik əməliyyatlara üz tutmyurlar və jurnallarda gördükləri ideal formalı qızlar onlara süni gəlirlər.
Belə düşünən qadınlar bəzi mənşəi bəlli olmayan üsullara üz tutullar. İndiki zamanda internetdə cox saylı mənşəi bəlli olmayan sinə böyütmə metodları var.

Gel və məlhəmlər vasitəsi ilə sinə böyütmə:
Bunlar tək üstünlüyü ən azından təhlükəsiz olmaqlarıdır. Lakin onlarda alerqik reaksiya və ya digər dəri xəstəliklərinə səbəb ola bilərlər. Praktika göstərir ki, bu metod hec bir müsbət effekt vermir.İstehsalçılar iddia edirlər ki bu gel və məlhəmlərin tərkibində fitoestroqenlər mövcuddur. Bu heyvani birləşmələrə bənzəyən bitki birləşmələridir, hansılar ki reproduktiv funksiya daşıdıqları üçün sinə həcminə görə məsuliyyət daşıyırlar. Qeyd etmək lazımdır ki, fitoestroqenlər onların heyvani analoqlarından daha zəifdirlər və dərinin altına keçmə xüsusiyyətinə malik deyillər.
Bu vasitələr yalnız savadsız insanların pulunu yığmaqdan başqa bir şey deyil. Bu gel və məlhəmlərin edə biləcəyi maksimum cildin nəmləndirilməsi və düzəldilməsidir, lakin bu məqsədlər üçün daha ucuz və daha effektiv vasitələr mövcuddur. Və əsas məqsəd - döş böyüdülməsi - onların köməyi ilə əldə edilə bilməz.

Dietlər
Bəziləri lazım olan hormonların olduğu bəzi qidaların məmə həcminə təsir göstərdiyinə inanırlar. Ancaq onlar sinənin böyüməsinə təsir göstərə bilməz, çünki məmə həcmi sekretor və yağlı toxumaların vasitəsi ilə artıb azalır.
Yetkinlik dövrü gəldiyi və hormonların çıxarıldığı zaman, məmə düzgün bir vəziyyətdə olur. Zamanla hormon istehsalının azalması məmə ölçüsünü azaldır,məmə yumşaq olur və buna görə də sallanmalar yarana bilər. Vəziyyəti ciddi şəkildə dəyişə biləcək bir hormon mövcud deyil.
Bəzi məhsullarda doğurdan fitoestroqen var.O daha çox paxlalı bitkilərdə olur - soya, mərcimək, bəzi otlar - adaçayı, rozmarin və s. Doğru pəhriz ilə döşlər həqiqətən sağlam görünə bilər, ancaq həcmdə dəyişməyəcəklər.
Çoxlarının məmə həcmində əsas tutduğu kələmi ilk növbədə siyahıdan çıxarmaq lazımdır, çünki onun tərkibində hec fitostroqenlər yoxdur. Üstəlik, kələm fitoestroqenin qadın orqanizmində təbii şəkildə istehsalına mənfi təsir göstərir. Kələm və o ailənin digər üzvləri bu maddənin süd vəzilərinin toxumaları ilə birləşməyə imkan vermir. Lakin, kələmin tərkibində olan vitaminlər və minerallar, döşünü lazımsız şişlərdən qoruya bilər. Bu məhsulların tərkibində olan hormonlar isə məmə həcminə hec bir təsir göstərmirlər. Sinənin həcmini yalnız yağlılığı çox olan qidalar ilə artırmaq olar, lakin su üsulda əlverişli deyil, çünki piy və yağlar yalnız istənilən bir nöqtəyə toplaşmırlar, bütün bədənə yayılırlar. Və bu usul gözəl görünüş və elastiklik vermir.

Masaj
Masajın qadın məmələrinin ölçüsünə təsir göstərə biləcəyi söz-söhbətlər də var. Bunlar sadəcə hekayədir. Heç bir fiziki təsir insan bədəninin hansısa bir hissəsini artıra bilməz. Bir qayda olaraq, sinə masajı və ya hidromasaj, gözəllik salonlarında başqa məqsəd üçün istifadə edilir. Qan dövranının yaxşılaşdırmaq ilə məmələri cavanlaşdırır və tonusunu bərpa edir. Həmçinin, həkimlər, süd durğünluğu olduğu zaman laktasiya dövründə olan qadınlar üçün masaj təyin edirlər. Bəzi hallarda masaj ümumiyyətlə qadağan edilir və mənfi nəticələrə səbəb ola bilər. Və müstəqil masaj haqqında tamamilə unutmaq lazımdır, çünki süd vəzilərinin fiziologiyasını bilmədən, özünüzə zərər verə bilərsiniz.

Fiziki təlimlər
Onlar yalnız profilaktika və məmə tonusunun qorunması üçün istifadə oluna bilər. Gənc olduğumuz zaman, hər kəsin sinəsi hamar və elastikdir və bunun daha uzun müddətli olması üçün bir az səy göstərməlisiniz. Onların arasında sinə əzələlərinə yönəldilən və yalnız tonus itkisi üçün məşhur fiziki təlimlər var. Onlar sinəni bütövvlükdə dəstəkləyirlər, əzələlər sallanması olduğu halda məmə sallanmasıda müşahidə olunur. Buna görə də, bu cür təlimlərə mümkün qədər erkən başlamaq lazımdır, çünki artıq keçmiş elastikliyini zəif əzələlərə və dəriyə qaytarmaq mümkün olmayacaq.



Xalq təbabəti
Bəziləri xalq arasında adı çəkilən reseptlər ilə sinəyə həcm verə biləcəklərinə inanırlar. Bu yuxarıda göstərilən bütün üsullardan ən pisdir. Əvvəlki üsullar ən azı qadınların sağlamlığına zərər vermədiyi təqdirdə, xalq müalicəsi mənfi təsir göstərə bilər. Xalq arasında adı çəkilən üsullara bunları aid etmək olar : bitki losyonları, yod setkası, xardal olastırları, ciy xəmir və ya mayanın daxilə qəbulu. Bu və digər məşhur metodların hamısı elmi əsassızdır. Onların istifadəsi nəticəsində mədə problemləri, yanıqlar və başqa bir sıra problemlər əldə edə bilərsiniz.

Plastik əməliyyat
Bu günümüzdə kiçik ölçülü məmə bir cəza deyil. Tibbdə bu problemin estetik tərəfi ilə məşğul olan ayrı bir sənayə var və artıq inkişaf etdiyinə görə istənilən sinə görünüşü hər hansı bir fəsad olmadan əldə etmək mümkündür. Hər kəs yaşlanır, bu təbii və dönülməz bir prosesdir. Heç bir məlhəm və masaj, məşqlər və xalq üsulları onu dayandıra bilməz. Lakin, plastik cərrahiyyə və ixtisaslı mütəxəssislər bu gün yaşlanma əlamətlərini aradan qaldıra bilirlər.

Əgər siz əməliyyat olunmağı seçirsinizsə:
Yaxşı düşündüyünüz və cərrahi müdaxilə ilə döşünüzün həcmini dəyişməyə qərar verdiyiniz təqdirdə, həkimə getməzdən əvvəl ilk olaraq lazımlı bütün analizlərdən özünüz keçməlisiniz. Hazır olan nəticələrlə ilk konsultasiyaya gəlməlisiniz.
Məcburi analizlər sırasında bunlar vardır :
  • mamoqrafiya və ya ultrasəs, mammoloqun baxışı və nəticəvi qərarı
  • ailə həkimizdən arayış
  • kardioqram
  • fluoroqrafiya
  • qan qrupu və Rh faktoru haqqında məlumat
  • Hepatit B, C, sifiliz, QİTS testləri.
Əməliyyat gününə yaxın:
  • hemoglobin, trombosit, qırmızı qan hüceyrələri üçün qan, ümumi araşdırma üçün sidik analizi
Əməliyyatdan əvvəl, əməliyyat zamanı özünüzü pis hiss etməyəsiniz deyə az yemək və az maye qəbul etmək lazımdır.

PhD. Op. Dr. Rəşad Babayev —
Tibb Elmlər Namizədi

Süd vəz plastikası (mamoplastika) - Süd vəz böyütmə, Süd vəz protezi (məmə protezi), Süd vəz kiçiltmə, Süd vəz dikləşdirmə, Süd vəzin yenidən bərpası-məmə rekonstruksiyası, Ginikomastiyanın ləğvi
Bədən şəkilləndirmə - Liposaksiya, Calf implant.
Sağrı şəkilləndirmə - Popa böyütmə və kiçiltmə
Qarın gərmə - Mini Abdominoplastika, Tam Abdominoplastika, Full Abdominoplastika body plastika
Qarın yırtıqları - Göbək, Qasıq, Bud, əməliyyatdan sonrakı
Üz estetikası- Otoplastika, Blefaroplastika, Xeyloplastika (Dodaq plastikası)

16 illik tərcrübə
Plastik cərrah xidmətlərindən
istifadə edən posientlərin rəyləri

Posient rəyləri

Ödümdə olan ağrılar məni çox narahat edirdi. Bir çox klinikalar və həkimləri gəzdikdən sonra axır ki, Rəşad doktora rast gəldim. Məni çox mehriban qarşıladı, öz yaxını kimi qayğı ilə mənə yanaşdı. Öd kisəmi heç bir kəsiksiz uğurla əməliyyat etdi. Var olsun belə həkimlərimiz.

Zərifə
Evdar xanım

Bu gün axır ki normal üst geyime keçdim və görüntünü sizinlə paylaşmaya bilmerem.her gün sizə dua edirəm bu gözəl el işiniz uçun. Qızıl elleriniz var olsun,Allah elminizə bereket versin.menim kimi kompleksi olan bütün xanımları belə gozelleşdiresiniz insha Allah.

Əminə
İş xanımı

Süd vəzi kiçildməsindən əməliyyat edilmişdim. Çox pis hala salmışdılar məni. Çox həkimlərə müraciət etdim. Hərəsi bir bəhanə edib əməliyyatdan imtina edirdilər. Rəşad doktorun qəbula yazıldıq, bütün suallarıma cavab verdi və əməliyyata razılıq verdim. Bir sözlə, doktor, Çox sağolun, mənə xoşbəxtlimi yenədən qaytardız.

Elvira
Psixoloq

Я результатом довольна очень, все красиво, равномерно и эстетично, и не скажешь, что грудь не своя! И восстановление прошло прекрасно. У меня грудь уже довольно мягкая, сдвигается, равномерная - миллиметр в миллиметр, ещё раз огромное Вам спасибо!

Елена
Менеджер