Lipofilinq

  • 87

Lipofilinq
Konturların və həcmlərin düzəldilməsi üçün bədənin öz toxumalarının istifadəsi lipofillinq kimi bir prosedura əsaslanır. Bir yerdə lazımsız yağ aradan qaldırılması ilə, cərrah zəruri hallarda ondan lazım olan hissələrə yeni kontur və həcmi verir.  Bu yanaşma bir çox üstünlüklərə malikdir və az həcmli düzəlişlərin minimal risklə olması zamanı istifadə edilir. Lipofillinq proseduru günümüzdə müvəffəqiyyətlə bəzi hallarda kiçik implantların yerləşdirilməsini və hətta müxtəlif dolduruculara inyeksiyasını əvəz edir.

Üstünlüklər və özəliklər
Bədənin yağ toxumasının istifadəsi rədd etmə riskini, hətta alergik reaksiyanı əhəmiyyətli dərəcədə azalda bilər. Buna görə, tez-tez bu üsul doldurucular və implantların tətbiqi ilə artıq mənfi reaksiyalar yaşayan xəstələr üçün məqbuldur. Təbii mənşəli yumşaq toxuma cərrahın tamamilə anatomik həcm və kontur yaratmasına imkan verir. Dolgu maddələrindən fərqli olaraq, yağ daha çox yayılır. İmplantlar həmişə tamamilə anatomik bir forma vermir, yağ toxuma əsaslı heykəltəraşlıq daha uğurlu olur.
Bir düzəlişin həcmi çox böyük ola bilməz, bu da yağ toxumasını bədəndən optimal miqdarda alınıb inyeksiya üsulu ilə müəyyən bir sahəyə daxil etmək imkanları ilə bağlıdır. Eyni zamanda prosedur invaziv deyildir, bu da artıq risk olmadan bir sıra düzəlişlərin həyata keçirilməsinə imkan verir. Yerli anesteziya da bu üsulun şübhəsiz bir üstünlüyüdür, cünki bədənə mənfi təsir göstərmir. Eyni zamanda, ümumi anesteziya bəzən tələb olunur. Ardıcıl prosedurların sayı bir mütəxəssis tərəfindən müəyyən ediləcək. 
Lipofilinqin müəyyən bir nəticəsinə etibar edərkən, bəzi xüsusiyyətləri də nəzərə alınmalıdır. Birincisi, yaxın bir neçə ildə şəfa prosesində həcmdə təbii bir dəyişiklikdir. Yağ toxuması tədricən zamanla sourulur, buda son nəticəni dəyişdirir. Uzunmüddətli təsir xəstənin bədəninin fərdi xüsusiyyətlərinə, metabolik dərəcəyə və hətta düzəliş olunan zonaya bağlıdır. Efekt daha çox, az hərəkətdə olan hissələrdə qalır, çox hərəktdə olunan hissələrdə yağ daha tez sovurulur. Düzəliş toxumanın 50% -nin birinci ilində sovurulacağını nəzərə alaraq həyata keçirilir.

Prosedurun gedişatı
Texniki olaraq, lipofilling çox mürəkkəb deyil, lakin belə bir müdaxilələrdə plastik cərrahdan bəzi təcrübələr tələb edir. Birinci mərhələ - toxuma toplusudur. Bu daha çox qarın, bud və diz hissələrdə tətbiq edilir. İkinci mərhələ toxumanın tam təmizlənməsidir. Bu, infeksiya ehtimalını və rədd edilməni aradan qaldırır, sürətlə sağalma imkanı yaradır. Əməliyyatın üçüncü mərhələsi istənilən əraziyə yağın tətbiqi və konturların düzəldilməsidir. Eyni zamanda kəsiklər edilmir , bu da əhəmiyyətli dərəcədə şağalma sürətini artırır.
Lipofillinq kursları üç aydan altı aya qədər tətbiq oluna bilər. Liposkasiyaya bənzər həcmdə və effektdə əhəmiyyətli bir artım əldə etmək lazımdırsa, bu cür əməliyyatların ardıcıllığı tələb olunur.

Lipofilinq növləri :
Lipopillinq kateqoriyası üçün ən populyar prosedurlardan biri, üzün fərdi hissələrinin konturlarının və həcmlərinin düzəldilməsidir. Bu metod dodaqları, yanaqları dəyişə bilər, alnında dərin qırışlardan qurtara bilər, almacqları şəklini düzəldə bilər. Az miqdarda öz bədən yağıilə bunlarada düzəliş etmək olar :

  • Göz qırağlarında qatlar
  • Mimik qırışlar
  • Akne nəticəsinə nahamarlıq
  • Burun-dodaq qatı
  • Batıqlar , məsələn çənə batığı
Bu sahədə əzələlərin fəaliyyəti səbəbindən nəql edilmiş yağ toxuması daha tez udulur, belə ki nəticəni qorumaq üçün təkrarlanan bir prosedur olduqca ehtimal olunandır. Sinə dolğusu, həcmi bir qədər artırmaq və sinəni bir az daha səliqəli və dolğunlaşdırmaq imkanı verir. Belə bir düzəliş xüsusilə yaşa aid ilk dəyişikliklər ilə razılaşmaq istəməyən və ya hamiləlikdən sonra ortaya çıxan kiçik qüsurları düzəltmək istəyənlər üçün vacibdir. Ölçü artımı olduqca kiçik olacaq: bir prosedurda bir sahəyə 200 mililitrə qədər toxuma yatırmaq optimaldır. Lipofillinq, müəyyən bir ptoz və ya dəri sallanması olduğu təqdirdə əhəmiyyətli bir nəticə verməyəcək . 
Bəzi hallarda, məmə lipofillinqi implant yerləşdirmə ilə birləşir. Təbii ölçüsü eyni olmadıqda, kəskin assimetriya zamanı bu hall istifadə olunur. Yağ toxumasının az miqdarında formanı ən optimal şəklə gətirmək imkanı verir. Eyni vəziyyət implantasiya sonrası törəmə olmayan qalınlaşmalar və batığların olduğu hallarda tətbiq olunur. Döş xərçəngi şişinin çıxarılmasından sonra sinə lipofilinqi gözəl nəticə verir. Belə bir vəziyyətdə cərrahın vəzifəsi daha mürəkkəb olacaq: bir sıra bərpa əməliyyatları və proseduralar tələb olunacaq.
Popo lipofilinqi də ölçü artımı üçün populyar prosedurlardandır. Bu sahədə təbii implant üzdəkindən daha yavaş sovurulur, nəticələr uzun müddətli olur. Tez-tez ikili ərazidən, məsələn, budlardan, dizdən və ayaq biləyindən yağ götürülüb istifadə olunur. Bununla yanaşı, lipofillinq istənilən həcm mövcud olan həcmdən çox fərqli olmadıqda və yağ toxuması götürüləcək hissədə artıq toxuma olduğu halda mümkündür.
Öz yağ toxumasının əl falanqlarına tətbiqi - bu sahəni cavanlaşdırmaq üçün məşhur bir metoddur. Beləliklə, yalnız dəri bitkinliyini aradan qaldırmaq deyil, həm də vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq olar.

Bərpa prosesi :
Müalicənin həcminə və prosedurun növünə əsasən, müalicə müddətində davranış və məhdudiyyətlərə dair xüsusi tövsiyələr həkim tərəfindən veriləcəkdir. Lakin xəstə hər hansı bir lipofillinq tipindən sonra ilk həftələrdə doktorun işlədiyi sahənin, qızaracağına və şişəcəyonə hazır olmalıdır. Sonra qan durmaları və göyərmələrdə olacaqdır. Əməliyyatdan sonra ilk həftə ən çətin olacaq, çünki bütün bu sadalanan simptomlar bu müddət ərzində nəzərə çarpır. İkinci həftədə şişkinlik azalır və hematomlar azalmağa başlayır, lakin son kontur hələ aydın olmayacaq. Son nəticə lipofillingdən təxminən üç həftə sonra görmək olar. Üzün tam sağalması iki aya qədər bir müddətdə baş verir. Popo və döşlərdə bir az daha uzun müddət davam edəcək, bədənin bu hissələrinin son görünüşü əməliyyatdan iki ilə altı ay keçdikdən sonra tam olaraq görə bilərsiz.

 Məhdudiyyətlər
Lipofillinq proseduru yüksək travma dərəcəsi olan əməliyyatlar arasında deyil, amma yenədə müəyyən risklər var və onlar nəzərə alınmalıdır. Hamiləlikdə və laktasiya dövründə lipofilinq şiddətlə tövsiyə edilmir. Bundan əlavə bu əməliyyatın anesteziya daxil olmaqla müəyyən dərmanlara allergik reaksiyaları olan insanlara tətbiq edilməsi düzgün deyildir. Diabet və ya daxili oraqanların xroniki xəstəlikləri olduğu halda, həkim əməliyyatı ləğv edə bilər. Urək damarları patologiyası olan insanlara ehtiyyatla bu əməliyyat icazə verilir.
Lifofiligün mümkün olan törəmələrinin sayı, digər formanın düzəldilməsi üulları ilə müqayisədə minimaldır. Ən çox görülən hematoma və seromadır. Müalicə olunan ərazilərdə qan və ya seröz maye yığılması sağalmanı gecikdirə bilər. Əgər onlar çox narahat etməsələr, müdaxilə tələb olunmur, amma mütləq həkimə müraciət etməlisiniz. Çox vaxt xəstələr müdaxilə zonalarında hissiyatsızlıqdan şikayət edirlər, həm azalma həm çoxalma olan zonalarda. Bu bir neçə həftə sonra keçir. Bir neçə ay ərzində bədəndə müəyyən miqdarda yağın eriyəcəyinə hazırlamaq lazımdır. Bu prosesi pis vərdişlər sürətləndirirlər, məsələn siqaret çəkmək və spirtli içki istifadəsi, bəzən bədənin digər xüsusiyyətlərindəndə aslı olur.

Bizim klinikada lopofilinq üstünlükləri :
  • Peşəkarlıq
Təcrübəli plastik cərrah - 15 illik təcrübə, üz, sinə və əlcəklərdə rekonstruktiv mikrocerrahi əməliyyatlar.
  • Hərşey daxil
Hər şey daxildir sitemidir. Qiymətə daxildir: cərrah və anesteziolog konsultasiyaları, əməliyyat, anesteziya; xəstəxana; sarğı və tikişlərin sökülməsi; bütün dərman vasitələri və istehlak malları, implantlar, sıxılma çorabı.
  • Təhlükəsizlik
Təcrübəli anesteziologlar və əməliyyat reallaşması zamanı və sonrasında xəstənin vəziyyətini izləmək üçün təchiz edilmiş intensiv terapiya.
  • Keyfiyyət təminatı
Cərrahi müdaxiləyə təminat - əməliyyata razılıqdır. Ağırlaşmalar zamanı həkimin ödənişi geri qaytarması və ya yenidən düzəliş etməsi.
  • Həkim nəzarət
Bütün reabilitasiya dövründə xəstə məsləhətlər, sarğılar və reabilitasiya üsulları ilə təmin olunacaq.
  • Rahatlıq
Əməliyyatdan sonra maksimum xəstə rahatlığı üçün geniş və yüksək səviyyədə təchiz olunmuş palatalar.

PhD. Op. Dr. Rəşad Babayev —
Tibb Elmlər Namizədi

Süd vəz plastikası (mamoplastika) - Süd vəz böyütmə, Süd vəz protezi (məmə protezi), Süd vəz kiçiltmə, Süd vəz dikləşdirmə, Süd vəzin yenidən bərpası-məmə rekonstruksiyası, Ginikomastiyanın ləğvi
Bədən şəkilləndirmə - Liposaksiya, Calf implant.
Sağrı şəkilləndirmə - Popa böyütmə və kiçiltmə
Qarın gərmə - Mini Abdominoplastika, Tam Abdominoplastika, Full Abdominoplastika body plastika
Qarın yırtıqları - Göbək, Qasıq, Bud, əməliyyatdan sonrakı
Üz estetikası- Otoplastika, Blefaroplastika, Xeyloplastika (Dodaq plastikası)

16 illik tərcrübə
Plastik cərrah xidmətlərindən
istifadə edən posientlərin rəyləri

Posient rəyləri

Ödümdə olan ağrılar məni çox narahat edirdi. Bir çox klinikalar və həkimləri gəzdikdən sonra axır ki, Rəşad doktora rast gəldim. Məni çox mehriban qarşıladı, öz yaxını kimi qayğı ilə mənə yanaşdı. Öd kisəmi heç bir kəsiksiz uğurla əməliyyat etdi. Var olsun belə həkimlərimiz.

Zərifə
Evdar xanım

Bu gün axır ki normal üst geyime keçdim və görüntünü sizinlə paylaşmaya bilmerem.her gün sizə dua edirəm bu gözəl el işiniz uçun. Qızıl elleriniz var olsun,Allah elminizə bereket versin.menim kimi kompleksi olan bütün xanımları belə gozelleşdiresiniz insha Allah.

Əminə
İş xanımı

Süd vəzi kiçildməsindən əməliyyat edilmişdim. Çox pis hala salmışdılar məni. Çox həkimlərə müraciət etdim. Hərəsi bir bəhanə edib əməliyyatdan imtina edirdilər. Rəşad doktorun qəbula yazıldıq, bütün suallarıma cavab verdi və əməliyyata razılıq verdim. Bir sözlə, doktor, Çox sağolun, mənə xoşbəxtlimi yenədən qaytardız.

Elvira
Psixoloq

Я результатом довольна очень, все красиво, равномерно и эстетично, и не скажешь, что грудь не своя! И восстановление прошло прекрасно. У меня грудь уже довольно мягкая, сдвигается, равномерная - миллиметр в миллиметр, ещё раз огромное Вам спасибо!

Елена
Менеджер