Liposaksiya

  • 107

Liposaksiya
Liposaskiya – artıq piy toxumasının çıxarılması ilə bədənin konturunun düzəldilməsinə deyilir. Bu əməliyyatla, məşqlər və diyetlərdən istifadə etməklə çətin nəticə əldə edə biləcəyiniz bədənin bəzi hissələrinin parametrlərini dəyişə bilərsiniz. Liposaksiya bel, bud, sinə, yan, əllər və ayaqların və bədənin digər hissələrinin konturlarını düzəltmək üçün istifadə olunur. İdeal nəticə digər düzəliş metodlarından istifadə ilə əldə edilir. Liposaksiya digər tənzimləyici prosedurlara nisbətən daha təhlükəsiz olduğuna görə geniş yayılıb. Əksər hallarda, yağın cərrahi təmizlənməsi ən çox olduğu sahələrdə, idman və diyet ilə aradan qaldırmaq çətin olan hissələr, yəni bel, qarın, qalife üçün istifadə olunur. Həmçinin qısa reabilitasiya müddəti və əməliyyat sonrası tikişlərin olmamasına görə sinə liposaksiyasında geniş yayılıb. Bu seçim daha çox sinə kiçiltmə istəyən qadınlar tərəfindən istifadə olunur. Bu nğvün tək pis tərəfi artıq dərinin çıxarılmamasıdır, və nəticədə döş giləsinin yeri dəyişir. Ancaq başqa bir əməliyyat növü üçün əks göstəricilər olduğunda bu seçim optimaldır. 
Liposaksiyanın bir neçə növü var. Müasir klinikalar daha çox lazer üsulundan istifadə edir. Şua yağları maye halına gətirir, vakuum nasoslu borular isə o yağları çıxarır. Bu metodun bir neçə üstünlükləri vardır: yüksək nəticə, minimum törəmə və risk sayı, dəqiqliy və dəri sallanmalarını aradan qaldıra bilmə imkanı. Bəzi hallarda liposaksiya bioloji parametrlər ilə göstərilir. Bunlara aşağıdakılar daxildir: 

  • Bədənin qeyri-səlis konturları
  • Bütün orqanlara nisbətən qeyri-mütənasib bədən yağının mövcud olması, hansıları ki  diet və idman ilə aparmaq mümkün deyil.
  • Yüksək miqdarda yağ çıxarmaq lazım olduğunda. Eyni zamanda, əgər dəri elastik olarsa, dəri normal forasını alır və sallanma əmələ gəlmir.
Liposaksiyanın üstünlükləri:
  • Geyim ölçüləri kiçilir, qadınlar artıq istədikləri geyimi geyinə bilirlər. 
  • Bədən gözəl formaya düşür.
  • Bədəndə heç bir yara və kəsik izi qalmır. Cərrahi müdaxilələr zamanı yara izləri gec sağalır və bilinir.
  • Kiçik sahələrdəki əməliyyat yerli anesteziya altında həyata keçirilir. Böyük hissələrdə keçiriləcək əməliyyatlar isə ümumi anesteziya altında keçirilir. Onun müddəti piy toxumasına olunan cərrahi müdaxilədən daha qısadır.
  • Reabilitasiya müddəti minimaldır. Bir neçə gün ərzində, bəzən həftələr ərzində, şişlik və göyərmələr demək olar ki, tamamilə yox olur və xəstə normal həyatına geri dönür.
Bəzi hallarda liposaksiya ləğv edilməli və ya bir az gecikdirilməlidir. Bunlara aşağıdakılar daxildir:
  • Hamiləlik və laktasiya dövrü
  • Çox miqdarda çox yağ varlığı. Klinika doktoru ciddi bir pəhriz təyin edir və sonra liposaksiya ehtimalını gözdən keçirir. Bu prosedur az miqdarda yağı xaric edərək bədənə düzgün forma vermək üçün nəzərdə tutulub, artıq kg-rı ləğv etmək üçün deyil.
  • Dəri dartınmalarının mövcudluğu. Bədəndə onların varlığı dərinin elastik olmamasını göstərir və sonradan əlavə cərrahi düzəliş tələb edilə bilər.
Yağları aradan qaldırmaq üçün cərrahi müdaxilənin olmaması üçün müəyyən bir əks göstəricilər var:
  • Şəkərli diabet
  • Qaraciyər və böyrək funksiyalarında pozuntular
  • Hamiləlik
  • Ürək-damar sisteminin funksiyalarında pozuntular
  • Qan laxtalanma prosesində pozuntular
Əməliyyata hazırlıq :
Liposaksiya bir əməliyyat olduğundan, buna düzgün hazırlıq görülməlidir. Görüləcək tədbirlər ilk konsultasiya zamanı həkim tərəfindən qeyd ediləcəkdir. Əməliyyatın son tarixindən bir neçə həftə əvvəl bəzi qaydalara riayət etməlisiniz: 
  • Tütün istifadəsini dayandırmalısınız. U vərdiş çox güclüdürsə bir necə həftə ara verməyiniz yetərli olar. Bu tez sağalma üçün toxumaların elastikliyini artıracaqdır.
  • Asetilsolisilli turşu kimi qan duruldan dərman qəbulunu dayandırmalısınız. Onların qəbulu cərrahi müdaxilə prosesində ağır qanaxmaya səbəb ola bilər. Böyük qan itkisi xəstənin vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilər.
  • Bol maye qəbul etmək. İlk konsultasiyada həkim gündəlik maye ehtiyacını hesablayacaq və siz ona əməliyyata gədər əməl etməlisiz.
  • Pəhriz saxlamaq və məşqləri buraxmamaq.  Çəki  itkisi çox olan insanlar üçün tövsiyə olunur. Bu, ən yaxşı nəticələrə nail olmaq və mümkün olan ağırlaşmaları minimuma endirməyə imkan verəcəkdir.
Liposaksiya necə həyata keçirilir :
Əksər hallarda əməliyyat ümumi anesteziya ilə həyata keçirilir və təxminən 1 saat davam edir. Əməliyyat ərazisinin ümumi sahəsi və prosedurun mürəkkəbliyindən asılı olaraq müddəti dəyişə bilər. Epidural anesteziya da istifadə edilə bilər. Bədənin zəruri hissəsinin hissiyatının itkisinə səbəb olur.  Bu tip anesteziya üsulu yalnız kiçik bir ərazidən yağ xaric etmək üçün istifadə olunur.
Əməliyyatdan əvvəl hazırlıq işləri aparılır. Müdaxilə zonalarını müəyyən etmək üçün xəstənin bədəninə markerlə işarələr tətbiq olunur. Həmçinin dəri altına, anenstetik, damar daraldan və duz məhlullu bir qarışım daxil edilir. Bu əməliyyat zamanı ümumi qan itkisinin azalmasına kömək edir, həmçinin əməliyyat sonrası dövrdə şişkinlik və qanaxmanı azaldır. Bəzi hallarda yağ hüceyrələrinə dağıdıcı təsir göstərən maddəni dəri altına daxil edirlər.
Bədəndə bütün hazırlıq işlərini yerinə yetirdikdən sonra, kiçik bir kəsik konyula alətlərinin yerləşdiyi yerdə edilir. Yağların lazerə məruz qalması və məhv edilməsi prosesində bu konyulalar dəri altında hərəkət edir və məhv edilmiş yağ toxumasını süzür. Yağ qalıqlarının aradan qaldırılmasından sonra, kəsilən yerə drenaj cihazı qoyulur və bu da boşluğundan artıq qanı çıxarır. Cihazlar əməliyyatdan bir gün sonra çıxarılır.

Bizim klinikanın özəllikləri :
  • Peşəkarlıq
Təcrübəli plastik cərrah - 15 illik təcrübə, üz, sinə və əlcəklərdə rekonstruktiv mikrocerrahi əməliyyatlar.
  • Hərşey daxil
Hər şey daxildir sitemidir. Qiymətə daxildir: cərrah və anesteziolog konsultasiyaları, əməliyyat, anesteziya; xəstəxana; sarğı və tikişlərin sökülməsi; bütün dərman vasitələri və istehlak malları, implantlar, sıxılma çorabı.
  • Təhlükəsizlik
Təcrübəli anesteziologlar və əməliyyat reallaşması zamanı və sonrasında xəstənin vəziyyətini izləmək üçün təchiz edilmiş intensiv terapiya.
  • Həkim nəzarəti
Bütün reabilitasiya dövründə xəstə məsləhətlər, sarğılar və reabilitasiya üsulları ilə təmin olunacaq.
  • Rahatlıq
Əməliyyatdan sonra maksimum xəstə rahatlığı üçün geniş və yüksək səviyyədə təchiz olunmuş palatalar.

Əməliyyatın dəyəri
Hər bir klinikada istifadə edilən cihazlar və dərmanlardan asılı olaraq müəyyən bir liposaksiya dəyəri müəyyən edilir. Qiymətə prosesdə lazım ola biləcək bütün zəruri materiallar və fəaliyyətlər daxildir:
  • Əməliyyatdan əvvəl cərrah və anestezioloq konsultasiyası
  • Əməliyyatın özü
  • Anesteziya və dərmanların daxil edilməsi
  • Klinikada zəruri müddətdə qalmaq
  • Periodik sarğı dəyişimi
  • Dərman və sarğı materialları
  • Sıxma üçün geyim
Xəstə onu yoxlayan bir həkimin daimi nəzarəti altındadır, lazımi prosedurları, pəhriz və rejimi müəyyənləşdirilir. 

Reabilitasiya dövrü
Liposaksiya izləri yalnız kəsik yerində qalır. Kəsinlər çox kiçik olduğundan, yara izləridə kiçik olacaq. Yaraların izləri xəstənin bədənindən aslıdır. Toxuma yeniləmə prosesi nə qədər tez olarsa, sağalma müddətidə bir o gədər azalar. Çox xəstələrdə qısa müddətdən sonra yara izləri görünməz hala gəlir. Bəzən kəsik yeri sadəcə bədəndə ten fərqi ilə bilinir. Həkim daha sonra alt paltarlarla örtüləcək yerlərdə kəsiklər üçün yerlər seçir. Kəsiklər sonradan kəsiləcək dəridədə edilə bilərlər. Zəmində bir müddət ağrı hiss edilə bilər. Bunları həkim tərəfindən tövsiyə ediləcək ağrı kəsiciləri alaraq aradan qaldırmaq olar.
Əməliyyatdan dərhal sonra rezin çıxarıcılar artıq qan çıxarmaq üçün kəsik yerlərində qalır. Buna görə xəstə bir neçə gün evdə və ya xəstəxanada keçiməlidir. Əlavə olaraq, əzələ toxumasını və dərini yerində saxlamaq üçün bir müddət sıxan trikotaj taxmaq  lazımdır. Həmçinin, paltar şişlik və göyərmələrin meydana gəlməsinə mane olur.
Əməliyyatdan dərhal sonra bir neçə həftə sakit həyat tərzini qorumaq lazımdır. Aspirin və digər iltihaba qarşı preparatları qəbul etməkdən imtina edilməlidir. Həm də bu iki həftə ərzində, kəsilmələrin edildiyi sahələrdə daim kompressiya trikotajı taxmaq lazımdır. Alt geyimi rahat olmalıdır və bədəni sıxmamalıdır. Əgər çox sıxarsa həkimə dəyişdirilməsi üçün xəbər verilməlidir. Bu müddət ərzində xəstə əməliyyatın aparıldığı sahələrdə bəzi narahatlıqlar hiss edə bilər. 
Bu vərdiş yaranın sağalmasına maneə törətdiyindən bu müddətdə siqaret istifadə etməməlisiniz. Beş gün ərzində və ağrı kesicilərinin təyin olunduğu bir zamanda hər hansı miqdarda spirtli içki qəbul etməməlisiz. Bədənin tam bərpası bir ay- bir ay yarım davam edir. Bu dövrdə bədən əməliyyatın planlaşdırdəğı formaları əldə edir və xəstə nəticələrini qiymətləndirə bilər. Əməliyyats onrası bir müddət sakit həyattam hərəkətsiz heyat demək deyildir. Trombların və ödəmin əmələ gəlməməsi üçün rasional şəkildə fiziki güc tətbiq etməlisiniz. Optimal fiziki güc gündəlik gəzinti, üzgüçülük, yüngül ev işi ola bilər.

PhD. Op. Dr. Rəşad Babayev —
Tibb Elmlər Namizədi

Süd vəz plastikası (mamoplastika) - Süd vəz böyütmə, Süd vəz protezi (məmə protezi), Süd vəz kiçiltmə, Süd vəz dikləşdirmə, Süd vəzin yenidən bərpası-məmə rekonstruksiyası, Ginikomastiyanın ləğvi
Bədən şəkilləndirmə - Liposaksiya, Calf implant.
Sağrı şəkilləndirmə - Popa böyütmə və kiçiltmə
Qarın gərmə - Mini Abdominoplastika, Tam Abdominoplastika, Full Abdominoplastika body plastika
Qarın yırtıqları - Göbək, Qasıq, Bud, əməliyyatdan sonrakı
Üz estetikası- Otoplastika, Blefaroplastika, Xeyloplastika (Dodaq plastikası)

16 illik tərcrübə
Plastik cərrah xidmətlərindən
istifadə edən posientlərin rəyləri

Posient rəyləri

Ödümdə olan ağrılar məni çox narahat edirdi. Bir çox klinikalar və həkimləri gəzdikdən sonra axır ki, Rəşad doktora rast gəldim. Məni çox mehriban qarşıladı, öz yaxını kimi qayğı ilə mənə yanaşdı. Öd kisəmi heç bir kəsiksiz uğurla əməliyyat etdi. Var olsun belə həkimlərimiz.

Zərifə
Evdar xanım

Bu gün axır ki normal üst geyime keçdim və görüntünü sizinlə paylaşmaya bilmerem.her gün sizə dua edirəm bu gözəl el işiniz uçun. Qızıl elleriniz var olsun,Allah elminizə bereket versin.menim kimi kompleksi olan bütün xanımları belə gozelleşdiresiniz insha Allah.

Əminə
İş xanımı

Süd vəzi kiçildməsindən əməliyyat edilmişdim. Çox pis hala salmışdılar məni. Çox həkimlərə müraciət etdim. Hərəsi bir bəhanə edib əməliyyatdan imtina edirdilər. Rəşad doktorun qəbula yazıldıq, bütün suallarıma cavab verdi və əməliyyata razılıq verdim. Bir sözlə, doktor, Çox sağolun, mənə xoşbəxtlimi yenədən qaytardız.

Elvira
Psixoloq

Я результатом довольна очень, все красиво, равномерно и эстетично, и не скажешь, что грудь не своя! И восстановление прошло прекрасно. У меня грудь уже довольно мягкая, сдвигается, равномерная - миллиметр в миллиметр, ещё раз огромное Вам спасибо!

Елена
Менеджер