Döş implantı haqqında

  • 6 856

Döş gözəllliyinin qorunub saxlanması mövzusu çox həssas mövzudur. Bu barədə ən sadə bir faktı göz önünə gətirək. Döşlərin böyüdülməsi istiqamətində tətbiq edilən maraqlı və qeyri adi üsulların bir çoxu effektsiz və təhlükəli ola bilir.
Təəsüflə qeyd etməliyik ki,döş ölçülərinin müxtəlif fiziki hərəkətlərlə də böyüdülməsi barədə fikirlər söylənilir. İdman zalında çiyinləri genişləndirmək, gözəl sinəyə sahib olmaq olar ki, bu da döşlərin təbii gözəlliyini üzə çıxarar. Xüsusi dieta saxlayaraq, applikasiya, bal, müxtəlif mazlar sürtərək döşlərin böyüməsinə nail olmaq mümkündür.

Amma, müasir günümüzdə döşlərin böyüməsi üçün yeganə effektiv və təhlükəsiz vasitə süd vəzilərinin plastik əməliyyatıdır. Döş vəzinin plastik əməliyyatı – auqmentasiyalı mammoplastikadır. Mammoplasika süd vəzinə xüsusi implantın qoyulması və döşlərə arzu olunan formanın verilərək döyüdülməsi əməliyyatıdır. Kiçik döşlərə malik olan qadınlar implant qoydurduqdan sonra uşaq dünyaya gətirə və onu əmizdirə bilirlər. Bu səbəbdən də qadınların çoxu mammoplastika əməliyyatı üçün çəkinmədən cərraha müraciət edirlər.

Döşlərin böyüdülməsi əməliyyatı süd axarlarının fəaliyyətinə təsir göstərmir və ana uşaq əmizdirərkən çətinlik çəkmir. 1998-ci ildə Avropa Komitəsi plastik cərrahiyyədə kefiyyətli tibbi ləvazimatlarin tətbiqi barədə məqalə çap edib. Məqalədə bu sözlər qeyd edilmişdir: “Əldə edilən kliniki, immunoloji və epidemioloji məlumatlar döş implantının heç bir autoimmun xəstəliklərə, birləşdirici toxuma xəstəliklərinə, xərçəng və digər bəxassəli şiş xəstəliklərinə səbəb olmadığını təsdiq edir”.

Əməliyyatın uğurlu alınması bir çox faktorlardan asılıdır. Bir şeyi başa düşmək lazımdır ki, bunun üçün eyni standart qayda yoxdur. Belə ki, əməliyyat döşün ölçüsündən, tətbiq edilən kəsikdən və hər bir pasiyentin anatomik quruluşundan asılı olaraq cərrah tərəfindən təyin edilir.

Bir çox klinikalarda məşhur Mc Ghan, Mentor(ABŞ), Euroslikon(Fransa) firmalarının istehsalı olan implantlar tətbiq edilir ki, bunlar da əməliyyatlardan sonra ağırlaşmaların baş verməsinə səbəb olmur. Son illərdə etibarlı və təhlükəsiz olduğuna görə ən çox bu növ implantlar tətbiq edilir. Bu implatlardan bizim ölkəmiz daxil olmaqla bir çox xarici dövlətlərin xəstəxanalarında istifadə olunur.

İmplat seçimi tətbiq edilən əməliyyata uyğun olaraq seçilir. İmplantın daxilində olan gel molekullarının uzunluğundan asılı olaraq qatı və ya yumşaq olur. Yumşaq tərkibli implantı sıxdıqda təbii süd vəzi toxumasını xatırladır.

Yuxarıda adları çəkilən implantlarda süd vəzi zədələndiyi zaman gel olan təbəqə tamlığını pozub xaricə axmır.

80-cı illərin sonuna qədər dünyada yumşaq silikon implantlar tətbiq edilirdi. 1989 ildə aparılan kliniki tətqiqatlar ağırlaşma riskinin azaldığını və implant kapsulu ətrafında çapıq toxuma əmələ gəlməsinin sıfıra endiyini göstərmişdir.

İmplanmtın xidmət müddəti və gələcəkdə dəyişilmə ehtimalı yoxdur və bəzi firmalar onların ömürlük olmasını qarantiya edirlər.
Bəziləri döş implantının bir müddət sonra başqa implantla əvəz olunmasını vacib sayır. Buna səbəb isə döş ölçülərinin və formasının dəyişilməsidir. Tibb durmadan inkişaf edir, kim bilir, bəlkə on və ya iyirmi ildən sonra daha mükəmməl implantlar kəşf edildi. Amma, yaxın illərdə yeni növ döş implantlarını meydana çıxması barədə heç bir məlumat yoxdur.

PhD. Op. Dr. Rəşad Babayev —
Tibb Elmlər Namizədi

Süd vəz plastikası (mamoplastika) - Süd vəz böyütmə, Süd vəz protezi (məmə protezi), Süd vəz kiçiltmə, Süd vəz dikləşdirmə, Süd vəzin yenidən bərpası-məmə rekonstruksiyası, Ginikomastiyanın ləğvi
Bədən şəkilləndirmə - Liposaksiya, Calf implant.
Sağrı şəkilləndirmə - Popa böyütmə və kiçiltmə
Qarın gərmə - Mini Abdominoplastika, Tam Abdominoplastika, Full Abdominoplastika body plastika
Qarın yırtıqları - Göbək, Qasıq, Bud, əməliyyatdan sonrakı
Üz estetikası- Otoplastika, Blefaroplastika, Xeyloplastika (Dodaq plastikası)

20 illik tərcrübə
Plastik cərrah xidmətlərindən
istifadə edən posientlərin rəyləri

Posient rəyləri

Ödümdə olan ağrılar məni çox narahat edirdi. Bir çox klinikalar və həkimləri gəzdikdən sonra axır ki, Rəşad doktora rast gəldim. Məni çox mehriban qarşıladı, öz yaxını kimi qayğı ilə mənə yanaşdı. Öd kisəmi heç bir kəsiksiz uğurla əməliyyat etdi. Var olsun belə həkimlərimiz.

Zərifə
Evdar xanım

Bu gün axır ki normal üst geyime keçdim və görüntünü sizinlə paylaşmaya bilmerem.her gün sizə dua edirəm bu gözəl el işiniz uçun. Qızıl elleriniz var olsun,Allah elminizə bereket versin.menim kimi kompleksi olan bütün xanımları belə gozelleşdiresiniz insha Allah.

Əminə
İş xanımı

Süd vəzi kiçildməsindən əməliyyat edilmişdim. Çox pis hala salmışdılar məni. Çox həkimlərə müraciət etdim. Hərəsi bir bəhanə edib əməliyyatdan imtina edirdilər. Rəşad doktorun qəbula yazıldıq, bütün suallarıma cavab verdi və əməliyyata razılıq verdim. Bir sözlə, doktor, Çox sağolun, mənə xoşbəxtlimi yenədən qaytardız.

Elvira
Psixoloq

Я результатом довольна очень, все красиво, равномерно и эстетично, и не скажешь, что грудь не своя! И восстановление прошло прекрасно. У меня грудь уже довольно мягкая, сдвигается, равномерная - миллиметр в миллиметр, ещё раз огромное Вам спасибо!

Елена
Менеджер