Rekonstruktiv mammoplastika

  • 380

Rekonstruktiv mammoplastikanın növləri - mastektomiyadan sonra süd vəzinin bərpa edilməsi
Mastektomiya(süd vəzinin xaric edilməsi) və döşün bərpa edilməsi əməliyyatı eyni zamanda həyata keçirilə bilir. Bu zaman xaric olunmuş toxumanın yerinə silikon implant və ya auto toxuma qoyulur. Təxirə salınmış əməliyyatlar zamani isə bu proses bir müddət sonra həyata keçirilir. Döşün bərpa edilməsi əməliyyat zamanı xaric olunan toxumanın miqdarına əsaslanaraq tətbiq edilir.

Eyni vaxtda döşün bərpa edilməsi əməliyyatı (I mərhələ)
Bu üsülün tətbiqi əməliyyatdan sonra pasiyentin psixoloji stress keçirməməsi üçün həyata keçirilir. Belə ki, bir çox xəstələr əməliyyatdan sonra döşlərinin tamam və ya hissəvi olaraq kəsilməsini görüb güclü stress yaşayırlar.
Mastektomiya əməliyyatından sonra I mərhələdə çapıqlar az miqdarda emosional diskomfort yaradır. Bu əməliyyatın mənfi cəhətlərindən biri implantın toxumaya uyuşmamasıdır. Bu zaman dəridə gərdinblik hissi əmələ gəlir və təkrar əməliyyat etmək lazım olur.
Eyni vaxtda hər iki əməliyyatı həyata keçirmək qadın orqanizmi üçün ağır yük sayıla bilir. Buna görə də əvvəllər yanlız mastektomiya əməliyyatı həyata keçirilirdi.

Eyni vaxtda mastektomiya edərək döşün bərpa edilməsi əməliyyatının 3 növü ayırd edilir:
- Xəstənin öz toxuması ilə (autotoxuma). Auto toxumadan istifadə edərək iri həcmli döşlər yaratmaq mümkündür.
- İmplant və ekspanderin köməyi ilə. Bu zaman süd vəzini bərpa edərkən müasir silikon protezlərdən istifadə edilir. İmplant silikon geldən, insanın dərialtı piy toxumasından ibarət olur və bu zaman döş elə təbii görünür ki, sanki qadının öz döşüdür. Əməliyyat az ağrı və zədəsiz başa çatır.
- Autotoxuma + implantla(ekspanderlə)

Təxirəsalınmaz əməliyyat (II mərhələ)
Bu əməliyyat mastektomiyadan sonra ən geniş yayılmış əməliyyatdır. Bu zaman əvvəlvə döş vəzi ekspander(genişləndirici) silikon balon ilə rekonstruksiya edilir. Balonun içərisi fizioloji məhlul(duz məhlulu)ilə dolu olur. Bu döş toxumasının 2-6 ay ərzində bərpa edilməsi üçün tətbiq edilir və sonra implant qoyulur. İmplant kimi istifadə olunan ekspanderlərə də rast gəlmək mümkündür. Ekspanderin xaric edilib implantın qoyulması isə texniki olaraq çətin deyil. Bu əməliyyat minimum zədələnmə ilə həyata keçirilir. Əməliyyatın sonrakı mərhələləri isə döş giləsinin və areolların tətbiq edilməsindən ibarət olur.

Bir çox hallarda xəstələr ağrı hissi və psixoloji riski nəzərə almadan bir etaplı əməliyyat keçirmək istəyirlər. Bunu həmişə tətbiq etmək mümkün deyil! Əməliyyatın 2 mərhələdə keçirilməsinin müsbət cəhəti yaradılan döş vəzinin daha dəqiq işlənməsidir. Belə ki, ekspanderin implanta dəyişdirilməsi zamanı döşlərdə maksimum simmetriklik yaratmaq mümkündür. Bu zaman ikinci əməliyyat rahat olur.
Aşağıdakı üsullarla döş vəzisini bərpa ertmək mümkündür:

TRAM – plastika(qarın nahiyədəki dərialtı piyindən istifadə etməklə)
Dərialtı piy toxumasından istifadə edərkən qarının aşağı hissəsində olan piylərdən götürülür. İngiliscə TRAM sözünün mənası (transverse rectus abdolminis muscle)qarın piyi deməkdir. Bu piy toxuması döş toxumasına bənzəyir və döşə yaxşı uyğunlaşır. Bu zaman cərrah kəsib formalaşdıracağı nahiyəni işarə edir, mikrocərrahi qüsullarla qarından götürülmüş toxumanı döş nahiyəsinə qoyur.
TRAM üsulu ilə əməliyyat qarın hissəsində yetərincə piy toxuması olan və implanmt istəməyən pasiyentlərə tətbiq edilir. Əməliyyatın ən müsbət cəhəti isə döşün təbii görünməsi olur. Bu zaman pasiyentin qarın nahiyəsində çapıq izi qalır.
TRAM – plastika dərialtı masektomiya, limfadisseksiya zamanı tətbiq edilə bilər.
TDL – plastika(kürək əzələsinin dəraltı piy toxuması ilə)
Bu əməliyyat döşün böyük bir hissəsi götürülən zaman tətbiq edilir.
Əməliyyat zamanı kürək əzələsinin piy toxumasından götürülərək trasplantasiya edilir. Bəzən ayaq əzələlərindən də istifadə edərək əməliyyatı həyata keçirmək mümkün olur. Əməliyyat zamanı implantı yerləşdirərək döşə təbii forma və iri həcm vermək mümkün olur.
“Dərialtı yağ tikələri” ilə plastik əməliyyat
Bu zaman döşaltı və ya digər nahiyələrdən kəsilmiş piy hissəcikləri lazım olan yerə qoyulur və tikişlər atılır. Bu əməliyyat plastik cərrash Mavrodi T. V. tərəfindən praktikada tətbiq edilıməyə başlamışdır.
Dərialtı limfodisektik mastektomiya (limfa düyünlərinin xaric edilməsi)

Bu əməliyyat zamanı döş vəzi ilə bərabər hətta dəri, döş giləsi və areollarda tamamilə kəsilib götürülür. Bu zaman əməliyyatdan sonra döş implant/ekspander qoyularaq bərpa edilir. Belə əməliyyatdan sonra Becker Spectra implantı tətbiq edilir və ya auto toxumalarla plastik əməliyyat həyata keçirilir.
İndi bir çox klinikalarda Becker ekspander üsulları ilə plastik döş əməliyyatları həyata keçirilir. Bu endoprotezlər genişlənmə və implant rolunu oynayır. Endoprotezlər iki kameradan ibarətdir. Bu kameraların biri gellə, digəri ilə duz məhlulu ilə doldurulur. Gellərin və mayenin doldurulması zamanı isifadə edilən boru döş öz həcmini alan zaman xaric edilir, implant isə yerində saxlanılır.

Unutmayın!
- Döş simmetriyasının və döşün xarici görüşünün yaxşılaşması üçün implatlı və ya implantsız olmasından asılı olamayaraq əlavə ikinci əməliyyat lazım gələ bilər.
- Bəzən rekonstrujksiya əməliyyatı bir neçə mərhələdən ibarət ola bilir. Bu zaman isə sağlam döşün formasını dəyişdirmək lazım gəlir ki , bu da rekunstruksiya səbəb olur. Düzgün olar ki,mastekomiya və ya gecikmiş toxuma espander implantını tətbiq edin.
- Döş giləsinin rekonstruktiv əməliyyatı adətən birinci rekonstruktiv əməliyyatdfan sonra ambulator şəraitdə tətbiq edilir.
- Adətən mastektomiya zamanı süd axarları, döş giləsi və areolla birlikdə götürülür. Döş giləsi adətən digər döşdən və ya bədənin başqa hissəsindən götürülmüş dəri ilə bərpa edilir. Dərisi soyulmuş nahiyənin rəngində olan fərqin hiss olunmaması üçün isə həmin yerə tatuaj etdirmək mümkündür.

PhD. Op. Dr. Rəşad Babayev —
Tibb Elmlər Namizədi

Süd vəz plastikası (mamoplastika) - Süd vəz böyütmə, Süd vəz protezi (məmə protezi), Süd vəz kiçiltmə, Süd vəz dikləşdirmə, Süd vəzin yenidən bərpası-məmə rekonstruksiyası, Ginikomastiyanın ləğvi
Bədən şəkilləndirmə - Liposaksiya, Calf implant.
Sağrı şəkilləndirmə - Popa böyütmə və kiçiltmə
Qarın gərmə - Mini Abdominoplastika, Tam Abdominoplastika, Full Abdominoplastika body plastika
Qarın yırtıqları - Göbək, Qasıq, Bud, əməliyyatdan sonrakı
Üz estetikası- Otoplastika, Blefaroplastika, Xeyloplastika (Dodaq plastikası)

16 illik tərcrübə
Plastik cərrah xidmətlərindən
istifadə edən posientlərin rəyləri

Posient rəyləri

Ödümdə olan ağrılar məni çox narahat edirdi. Bir çox klinikalar və həkimləri gəzdikdən sonra axır ki, Rəşad doktora rast gəldim. Məni çox mehriban qarşıladı, öz yaxını kimi qayğı ilə mənə yanaşdı. Öd kisəmi heç bir kəsiksiz uğurla əməliyyat etdi. Var olsun belə həkimlərimiz.

Zərifə
Evdar xanım

Bu gün axır ki normal üst geyime keçdim və görüntünü sizinlə paylaşmaya bilmerem.her gün sizə dua edirəm bu gözəl el işiniz uçun. Qızıl elleriniz var olsun,Allah elminizə bereket versin.menim kimi kompleksi olan bütün xanımları belə gozelleşdiresiniz insha Allah.

Əminə
İş xanımı

Süd vəzi kiçildməsindən əməliyyat edilmişdim. Çox pis hala salmışdılar məni. Çox həkimlərə müraciət etdim. Hərəsi bir bəhanə edib əməliyyatdan imtina edirdilər. Rəşad doktorun qəbula yazıldıq, bütün suallarıma cavab verdi və əməliyyata razılıq verdim. Bir sözlə, doktor, Çox sağolun, mənə xoşbəxtlimi yenədən qaytardız.

Elvira
Psixoloq

Я результатом довольна очень, все красиво, равномерно и эстетично, и не скажешь, что грудь не своя! И восстановление прошло прекрасно. У меня грудь уже довольно мягкая, сдвигается, равномерная - миллиметр в миллиметр, ещё раз огромное Вам спасибо!

Елена
Менеджер